Bu şəxslərə yeni mənzil veriləcək
Əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir.
Biznes.az xəbər verir ki, bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Belə ki, Gəncə şəhərində və Ağdaş rayonunda bu kateqoriyaya aid olanlara yeni mənzillər veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin, Ağdaş rayonunda isə 20 ədəd ikiotaqlı və 27 ədəd üçotaqlı mənzilin verilməsi ilə bağlı hazırlıqlara başlayıb.
Nəzərə çatdıraq ki, qurum həmin ailələrə verilməsi üçün sözügedən mənzillərin satınalınmasına isə 6,5 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə