"Caspian Energy Club" İKT sektoruna həsr olunmuş "CEO MEET UP" tədbirini - TƏŞKİL ETDİ

"Caspian Energy Club"-ın təşkilatçılığı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) həmtəşkilatçılığı ilə "Kibertəhlükəsizlik, rəqəmsal transformasiyaya keçid və innovativ texnologiyaların tətbiqi" mövzusuna həsr olunmuş "CEO MEET UP" keçirildi.
Bu barədə "Caspian Energy Club"-ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Eynar Allahverdiyev "Caspian Energy Slovakia"ın sədri vəzifəsinə - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, tədbirin keçirilməsinin əsas məqsədi rəqəmsal transformasiya dövründə kibertəhlükəsizliyin əhəmiyyəti, rəqəmsal transformasiyaya keçid və innovativ texnologiyaların tətbiqi oldu.
Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin Sədri (DOST) Fərid Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin Sədr Müşaviri (KOBİA) Teymur Cəfərov, Asiya İnkişaf Bankının İnvestisiyalar üzrə Baş İnzibatçı (ADB) Sənan Şabanov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Sədri Elvin Balacanov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Şöbə Müdiri Nadir Novruzov, İnterprobe-un CEO Mahir Yüksel və IT Grup SRL AR brunch-ın CEO-su Araz Eyyubov spiker qismində, AzerTelecom MMC-nin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabarov isə moderator qismində çıxış etdilər.
Görüşdə çıxış edən "Caspian Energy Club"-ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev iştirakçılara dərin minnətdarlığını bildirdi və İKT sahəsi əməkdaşlarının peşə bayramını təbrik etdi. Telman Əliyev çıxışı zamanı qonaqlara klubun informasiya-kommunikasiya texnologiyaları sahəsində əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi və qeyd etdi ki, klub "CEO MEET UP" tədbirlərini hər ay davam etdirməyi planlaşdırır. Telman Əliyevin sözlərinə görə, bu görüşlər təkcə İKT sahəsini deyil, həm də sənaye, marketinq və s. sahələri əhatə edəcək. Telman Əliyev "Caspian Energy Club"-ın daha əvvəl təşkil etdiyi "yaşıl enerji" mövzusuna həsr olunmuş Caspian Energy MeetUp haqqında tədbir iştirakçılarına məlumat verdi.
Panel müzakirələri çərçivəsində iştirakçılar rəqəmsal transformasiyadan yaranan risklər və onların qarşısının alınması üçün görülən tədbirlər, bu risklərin dövlət informasiya sistemləri üçün yaratdığı çətinliklər, o cümlədən ölkəmizdə kibertəhlükəsizlik şirkətlərin yaradılması və inkişafı zərurətini müzakirə etdilər. Tədbir iştirakçıları, həmçinin rəqəmsal transformasiyanın dövlət qurumları qarşısında açdığı imkanları, ölkəmizdə informasiya sistemlərinə hücumları, Türkiyə Respublikasının təcrübəsinə əsaslanan kibertəhlükəsizlik ekosisteminin inkişafı üçün tövsiyələri, "Beyin axını" fenomenini ("brain drain") və onun ölkəmizin İT sektorunun inkişafına təsiri müzakirə edildi. Spikerlər hazırda bölgələrdə kiçik və orta biznesin (KOB) üzləşdiyi problemlər və bu problemlərin həllində rəqəmsallaşmanın hansı imkanlar yaratdığı, Azərbaycan banklarının müasir rəqəmsal transformasiyasının vəziyyəti və digər məsələlər barədə bəhs etdilər.
Tədbirin sonunda "Caspian Energy Club" qonaqlarına sertifikatlar təqdim etdi.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin "B2G", "B2B" və "B2C" formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
"Biznes-networking" üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 09 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes