Cek Ma: "Həqiqətən nəsə etmək istəyirsinizsə, bunu pulsuz edin"

Cek Ma: Keçən ilin sentyabr ayının 10-u Çinin Alibaba şirkətinin yaradıcısı və milyarder Cek Manın 55 yaşı tamam oldu. O, bu tarixi təqaüdə çıxmaqla qeyd etdi: Ma Alibaba-nı direktorlar şurasının sədri vəzifəsindən çıxdı. Bu münasibətlə Cek Manın bir neçə il əvvəl Rusiyaya səfəri zamanı Moskva tələbələrinə oxuduğu mühazirəsinin ən maraqlı fraqmentlərini xatırlatmaq qərarına gəldik.
Mən özümü böyük hesab etmirəm. Mən adi bir ailədə doğulmuşam. Etiraf edim ki, çox da yaxşı oxumamışam. Yox, cəhd etmişəm, lakin əksərən uğur qazana bilməmişəm. Bu səbəbdən məktəbi bitirdikdən sonra uzun müddət iş tapa bilmirdim, üç dəfə imtahandan kəsildim və universitetə qəbul olmadım. Buna baxmayaraq, cəhdlərimə davam etdim.
Bir neçə vacib şey öyrəndim. Birincisi, təslim olmaq olmaz. İkincisi, şansınızın hələ sizi gəlib tapmadığını düşünməlisiniz. Gənc olanda Bill Qeyts haqqında öyrəndim və düşündüm ki, o mənim edə biləcəyimi etdi. Uğurlarımı məndən oğurladığını və o dövrdə fərdi kompüter proqram təminatı sahəsində olan bütün imkanlardan istifadə etdiyini düşündüyüm üçün üzüldüm. Sonra isə başa düşdüm: "Bəlkə, çox yüksəyə tullandım və yaxşı olar ki, kiçikdən başlayıb və ətrafımdakı insanlar üçün nəsə edim?".
Etdiyimiz hər şey onillik perspektivdə qiymətləndirilməlidir. Uğurlu olmaq istəyiriksə, 10 ildən sonra zirvədə qalmaq üçün nə edəcəyimizi düşünməliyik. Bunun üçün ağıllı insanlarla işləməliyik. Uğur qazanmaq istəyiriksə, səhv etdikdən sonra təslim olmamalıyıq. Bir çox insan səhv etdikdən sonra xəyallarından imtina edir. Biz Alibaba-da heç vaxt təslim olmuruq. Səhvlərimizdən öyrənirik.
Uğur qazana bilməyən insandan niyə uğur qazanmadığını soruşun. Əgər günahı başqasının üzərinə atırsa, demək ki, şansı yoxdur. Uduzanlar belə deyirlər. Şansı olanlar başqa cür danışırlar. Onlar səhv etdiklərini etiraf edirlər. Məhz belə insanlardan – səhv edən, amma buna görə başqasını günahlandırmayan – çox şey öyrənmişəm.
Bu mənim həyat prinsipimdir. Bir şey alınmayanda deyirəm: "Yaxşı, alınmadı". Bir şeyə nail olsam, əksinə, deyirəm: "Vau, bunu edə biləcəyimi gözləmirdim". Düşünürəm ki, məni böyük optimist edən də budur.
Alibaba yarananda nə pulumuz, nə işçimiz, nə də texnologiyamız var idi. Hər şey mənim evimdə başladı. Orada 18 nəfər birləşdi və internet vasitəsilə kiçik biznesə dəstək verəcəyimizə dair qərar verildi… Onda cəmi 18 nəfər idik, indi amma 60 minə çatırıq. Bu asan deyildi, amma biz sağ qaldıq, bacardıq və bu gün dünyanın ən böyük internet şirkətlərindən biriyik.
Düşünürəm ki, bəxtimiz gətirib. Biz o qədər səhv etmişik, amma yenə də sağ qalmağı bacarmışıq. Bəzən insanlar məndən soruşurlar: "Niyə bu qədər şanslısan?". Bu suala belə cavab vermək istəyirəm: "Əgər bəxtin səndən dönməməsini istəyirsinizsə, bu bəxti başqaları ilə bölüşməlisiniz". Paylaşın, başqa insanlara kömək edin və onlar gələcəkdə sizə mütləq kömək edəcəklər. İlk vaxtlar Alibaba-nın pulu yox idi. Qazancımız da yox idi, heç kim bizə pul vermirdi. Və ilk gəlirimiz pul deyil, müştərilərimizdən gələn məktublar şəklində olub. Onlar təxmini bunu yazırdılar: "Uşaqlar, əladır, siz bizə çox kömək edirsiniz, amma hələ ki pulum yoxdur, sizə heç nə ödəyə bilmirəm". Biz cavab verirdik: "Heç nə olmaz, hər şey qaydasındadır". Biz bilirdik ki, əgər bir az səbr etsək və müştərilərimiz artsa, onlar bizə kömək edəcəklər.
Alibaba-nı yaradan zaman Çin poçt şirkətinə getdim və soruşdum: "Bizə göndərmə sisteminin qurulmasına kömək edə bilərsinizmi?". Mənə cavab verdilər: "Xeyr, biznesiniz çox kiçikdir, biz sizinlə işləməyəcəyik". Sonra sahibkarlara üz tutduq və soruşduq: "Kim öz valideynlərinə, şəhərlərinə, kəndlərinə çatdırma ilə məşğul olmaq istəyir?" Bu gün biz Çində hər gün 65 milyon bağlamanın çatdırılmasına kömək edirik. Sizcə, neçə nəfər bununla məşğul olur? 3 milyon insan. Və bunlar bizim işçilərimiz deyil, biz onları işə götürmürük, amma onlara kömək edirik.
Gələcəyə görə narahat olmayın və texnologiyalardan qorxmayıb. Məncə, gələcək hər kəsə, xüsusən də gənclərə yeni imkanlar verəcək. İtirəcək heç nə yoxdur, elə deyilmi? Nə pulumuz, nə də texnologiyamız olmayanda özüm-özümə eyni şeyi dedim. Biz o zaman inanırdıq ki, 10-20 ildən sonra elektron ticarət iqtisadiyyatın mühüm hissəsinə çevriləcək, ona görə də indi bunu etməyə başlasaq, şansımız olacaq. O dövrdə çox ağıllı və təcrübəli insanlar elektron ticarətə şübhə ilə yanaşsa da, biz uğur qazanacağımıza inanırdıq.
Texnologiyaların işinizi əlinizdən alacağını düşünməyin. Əslində, texnologiyalar yalnız rutin işlərə yarayır. İlk texnoloji inqilab baş verəndə və buxar maşınlarından istifadə olunmağa başlayanda da çoxları narahat idi, işsiz qalacağını düşünürdü. 50 il keçdi və hamı başa düşdü ki, buxar mühərriki çox sayda yeni iş yerlərinin yaradılmasına səbəb oldu. Düşünürəm ki, süni intellekt həm də yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bəli, yaxın 20-30 ildə də məşğulluq problemi qalacaq, amma sonra vəziyyət dəyişəcək.
Əgər gələcəyə hazır olmaq istəyirsinizsə, dünən etdiyinizi etməyin. Yaddaşınızı məşq etdirməyə ehtiyac yoxdur, siz onsuz da kompüter ola bilməyəcəksiniz. Daha sürətli oxumağa çalışmayın, çünki kompüterlər bunu daha sürətli edir. Yaradıcı olmağa çalışın, yenilikçi olun. Və öyrəndiyiniz hər şey sizi belə etməlidir.
Biz biznesə başlayanda bəzi insanlar mənim yanıma öz ideyaları ilə gəlib dedilər: "Bax, bu gözəl ideyadır!". Əgər hamı bunu deyirdisə, mən onu zibil qutusuna atırdım. Siz unikal olmalısınız, öz yolunuzu seçməlisiniz.
Hər gün özümə verdiyim daha bir məsləhət. Mən deyirəm: "Bu gün bizim üçün hər şey çətindir, sabah daha da çətin olacaq, o biri gün isə hər şey düzələcək, lakin çoxumuz artıq öləcək. Buna görə də, yorulmadan çalışmaz lazımdır. Özünüzə arxayın olun, onda istənilən problemi həll edə bilərsiniz.
İngilis dili çox vacibdir. Amma bu, eyni zamanda mədəniyyətlə əlaqəlidir. Belə ki, xarici dil öyrənməyə başlayanda biz bu dildə danışanların mədəniyyətini, onun bütün mürəkkəbliyini və çox yönümlü olmasını anlamağa başlayırıq. Biz ona hörmət edirik. Biz hörmət edəndə, bizə də hörmət edirlər. Və sonra biz bu insanlarla birlikdə işləyə bilirik.
Əgər 20-30 yaşınız varsa, özünüzə yaxşı bir müdir tapın (şirkət yox, müdir). Ondan öyrənin. 30-40 yaşınız olanda hər şeyi özünüz etməyə çalışmalısınız. 40-50 yaşınız olanda bacardığınız işi yaxşı etməlisiniz, çünki 20 ildir öyrənirsiniz. 50-60 yaşınız olanda vaxtınızın bir hissəsini gənclərə kömək etməyə sərf etməlisiniz. 60 yaşdan yuxarı olanda isə vaxtınızı nəvələrinizlə keçirməlisiniz.
Əgər düzgün istiqamətdə gedirsinizsə, pul sizi tapacaq. Bu tam olaraq belə işləyir. "Pulum olsaydı, filan şeyi edərdim" deyənlərə həmişə cavab verirəm: "Sizin heç vaxt pulunuz olmayacaq. Həqiqətən də nəsə etmək istəyirsinizsə, bunu pul olmadan edin". /banker.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti M6 prosessoru ilə təchiz edilmiş yeni 24 düymlük iMac və 14 düymlük MacBook Pro kompüterlərini təqdim edib. Yeni modellər şirkətin kompüter məhsulları seriyasını yeniləmək strategiyasını

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə


iqtisadi xeberler 1000 manatla biznes depozit faizleri biznes krediti valyuta xeberleri