Çin ABŞ-la bağlı gəmilər üçün liman rüsumu tətbiq edəcək
2025-ci il oktyabrın 14-dən etibarən Çin limanlarına daxil olan ABŞ-la əlaqəli gəmilər üçün xüsusi liman rüsumu tarifləri qüvvəyə minəcək.
Biznes.az xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyi açıqlayıb.
Yeni qaydalara əsasən, gəmilərdən hər xalis ton üçün 400 yuan (təxminən 56,09 ABŞ dolları) məbləğində rüsum tutulacaq.
Bu məbləğ mərhələli şəkildə artırılacaq:
17 aprel 2026-cı il tarixindən etibarən 640 yuan (təxminən 89,81 ABŞ dolları),
17 aprel 2027-dən etibarən 880 yuan (təxminən 123,43 ABŞ dolları),
17 aprel 2028-dən etibarən isə 1.120 yuan (təxminən 157,05 ABŞ dolları) olacaq.
Nazirlik bildirib ki, bu tədbir yalnız ABŞ-la əlaqəli gəmilərə şamil ediləcək və dörd il ərzində mərhələli şəkildə tam tətbiq olunacaq.
Bu rüsumlar həmçinin ən azı 25% ABŞ nəzarətinə malik olan gəmilərə də aid olacaq.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?