Çindəki əmlak böhranı Asiyadakı bankları çətin vəziyyətə salır
Çindəki əmlak böhranı Asiyadakı bankaları çətin vəziyyətə salır. Uzadılma və ya yenidən maliyyələşdirmə razılaşmaları əldə olunmazsa, 1 milyard dollardan çox daşınmaz əmlakla təmin edilmiş kreditin defolt riski artır.
Biznes.az xəbər verir ki, Honq-Konq mərkəzli inkişaf şirkəti Parkview Group Ltd., 940 milyon dollarlıq krediti üçün bir illik uzadılma tələb edir. Məsələyə yaxın mənbələrə görə, Tayvan mərkəzli Bank of Panhsin öz payına düşən hissəni hələ təsdiqləməyib.
Özəl sərmayə şirkəti Gaw Capital Partners tərəfindən idarə olunan bir fond isə bu həftə 260 milyon dollarlıq ödənişi həyata keçirməyib.
HSBC, Hang Seng Bank, United Overseas Bank və bir neçə Tayvan kreditoru da daxil olmaqla banklar bir dilemma ilə üzləşiblər. Belə ki son tarixlərin daim uzadılması sənayenin fundamental problemlərini həll etmir, lakin defoltlara məcbur etmək itkilərə səbəb ola bilər. Bu, kreditorlar arasında yenidən maliyyələşdirmə strategiyaları ilə bağlı mürəkkəb müzakirələrə səbəb olub.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Dropshipping nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Start-up nədir?
Az pulla hansı işi qurmaq olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt