Çip müqavilələrinin ASML-in üçüncü rüb üzrə perspektivini gücləndirəcəyi gözlənilir

Çip müqavilələrinin ASML-in üçüncü rüb üzrə perspektivini gücləndirəcəyi gözlənilirSüni intellekt şirkətləri ilə çip istehsalçıları arasında bağlanan milyard dollarlıq müqavilələrin, Niderlandın yarımkeçirici avadanlıq istehsalçısı ASML-in sabah açıqlayacağı üçüncü rüb nəticələrində güclü mənzərə təqdim etməsi gözlənilir.

Biznes.az xəbər verir ki, investorlar və analitiklər ASML-nin müştəriləri olan TSMC və SK Hynix-in 2026-cı il və sonrakı dövrlər üçün istehsal gücünü artırmaq planlarını sürətləndirdiyinə dair siqnallar görməyi gözləyirlər. Şirkətin səhmləri 2 sentyabrdan bəri 32% bahalaşdığı halda, Philadelphia Yarımkeçirici İndeksi eyni dövrdə 15% yüksəlib.
ASML rəhbərliyi iyul ayında Samsung və Intel-dəki zəiflik səbəbindən 2026-cı ildə gəlir artımına tam əmin olmadığını bildirmişdi. Lakin daha sonra süni intellekt sahəsində bağlanan böyük müqavilələr və data mərkəzi sərmayələrinin artacağı gözləntiləri çip bazarında güclü yüksəlişə səbəb olub.

Araşdırma şirkəti Visible Alpha-nın məlumatına görə, ASML-nin üçüncü rübdə yeni sifarişlərinin 5,36 milyard avro (6,21 milyard dollar) olması gözlənilir. Bu ilin ilk yarısında yeni sifarişlərin həcmi 9,48 milyard avro təşkil etmişdi. IBES məlumatlarına əsasən, şirkətin xalis mənfəətinin illik müqayisədə 1,4% artaraq 2,11 milyard avroya çatacağı proqnozlaşdırılır.
Meta və Oracle kimi şirkətlər NVIDIA, AMD, Intel və Samsung kimi çip tədarükçüləri ilə müqavilələr imzalayıblar. Bu inkişaflar ASML-nin çip istehsalında istifadə olunan avadanlıqlarına olan tələbatı artırır.

Analitiklər, müştərilərin istehsal müəssisələrini nə qədər sürətlə genişləndirə biləcəyi ilə bağlı ASML-dən aydınlıq gözləyirlər. Degroof Petercam analitiki Michael Roeg deyib: "Hər bir yaddaş çipi istehsalçısı – Micron, SK Hynix, Samsung və Çin şirkətləri daxil olmaqla – süni intellekt üçün istehsal gücünü artıracaq."

ASML-nin çip istehsalında istifadə olunan avadanlıqları vahid başına 300 milyon dollardan çox qiymətə satılır və onların təhvil müddəti 8 ilə 12 ay arasındadır.

Xəbərlər     Tarix: 14 oktyabr 2025

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto