Daha bir bankın xalis mənfəəti kəskin artıb

Daha bir bankın xalis mənfəəti kəskin artıb"Naxçıvanbank" ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 814 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 684 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında "Naxçıvanbank"ın xalis mənfəəti 2,1 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Naxçıvanbank"ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 6 milyon 359 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 9 milyon 503 min manat təşkil edib (3 milyon 144 min manat və ya 49,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 226 min manatdan 3 milyon 7 min manata yüksəlib (781 min manat və ya 35% artıb).   
2022-ci ilin birinci yarısında "Naxçıvanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 12 milyon 510 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 4 milyon 336 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 174 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 361 min manat ayırdığından cari ilin ilk 6 ayını 7 milyon 814 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, 2021-ci ilin birinci yarısında "Naxçıvanbank"ın cəmi əməliyyat gəlirləri 8 milyon 585 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 71 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 514 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 869 min manat ayırmış, 960 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 3 milyon 684 min manat xalis mənfəət ilə bağlamışdı.
30 İyun 2022-ci il tarixində "Naxçıvanbank" 343 milyon 677 min manat cəmi aktivlərə, o cümlədən 164 milyon 563 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin soununda 343 milyon 757 min manat cəmi aktivlərə, o cümlədən 140 milyon 901 min manat kredit portfelinə malik idi. Beləliklə, ötən ilin sonu ilə müqayisədə "Naxçıvanbank"ın kredit portfeli 23 milyon 662 min manat və ya 16,8% artıb.
30 İyun 2022-ci il tarixində "Naxçıvanbank" ASC 97 milyon 612 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 19 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank