Dövlət Kontrakt Korporasiyasının "Azəriqaz"dan gəlirləri azalıb
Daxili bazarda təbii qazın istehsalçıdan alaraq paylayıcıya satan Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC-nin müştərilərindən gəlirləri məlum olub.
Banker.az xəbər verir ki, Azərkontrakt təbii qaz paylayıcısı "Azəriqaz" İB-dən 2023-cü ildə 766.09 milyon manat gəlir daxil olub. Bu 2022-ci ildə 776.1 mln. manat idi. Beləliklə, Azəriqaz keçən illə müqayisədə 1.3 faiz azalıb.
Ölkənin ən iri energetika şirkəti "Azərenerji" ASC keçən il "Azərkontrakt"a 727.1 mln. manat ödəniş edib. Qazın müqabilində olan bu ödənişlər illik müqayisədə 9.7 faiz azalmadır.
Azalma Naxçıvan Muxtar Respublikasının operatorundan da müşahidə edilib. Təbii qaz satışları keçən il 27.42 mln. manat olmaqla illik 3.9 faiz azalıb.
Xatırladaq ki, Şirkətin 2023-cü ildə ümumi gəliri 1 milyard 520.8 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki 1 milyard 674.7 milyon manat ilə müqayisədə 9.2% azalmadır.
"Azərkontrakt" təbii qazı "Azneft" İB, "Azerbaijan Gas Supply Company", "Ümid Babək Əməliyyat Şirkəti", "Bahar" Enerji Əməliyyat Şirkəti" və "Absheron Petroleum b.v"dan alaraq, "Azərenerji", "Azəriqaz" və Naxçıvan Qaz İstismarı Xidmətinə satır.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?