Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub - FOTOLAR

Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub - FOTOLARAzərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı, "Luxconcept" şirkətinin baş sponsorluğu, "Biznes TV" və "Biznes Mərkəzi"nin media dəstəyi ilə "Dövlət və özəl sektorun əməkdaşlığında sahibkarların rolu" mövzusunda tədbir keçirilib.
FED.az xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatları Tahir Mirkişili, Mehriban Vəliyeva, Hikmət Babaoğlu, Səbinə Salmanova, Vüqar Bayramov və Razi Nurullayev, sahibkarlar, media nümayəndələri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi, sahibkarlıq mühitinin daha da təkmilləşdirilməsi, biznes təşəbbüslərinin dəstəklənməsi və sahibkarların iqtisadi inkişaf proseslərində fəal iştirakının təşviq olunması olub.
Çıxışlar zamanı dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, biznes subyektləri üçün yaradılan imkanlar, yeni təşəbbüslərin dəstəklənməsi və sahibkarlıq ekosisteminin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə gənclərin və tələbələrin innovativ təşəbbüslərinə də xüsusi diqqət yetirilib. Belə ki, dörd tələbənin təqdim etdiyi startap layihələri FAYDA sahibkarları tərəfindən dəstəklənib və layihə müəlliflərinə pul mükafatları təqdim olunub. Bu təşəbbüs gənclərin innovativ ideyalarının reallaşdırılmasına və onların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə yönəlib.
Tədbir çərçivəsində dövlət qurumları, sahibkarlar, ictimaiyyət və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın gücləndirilməsi, sahibkarların təşəbbüslərinin dəstəklənməsi və gənclərin innovativ ideyalarına imkan yaradılması ölkənin dayanıqlı iqtisadi inkişafına töhfə verən əsas amillərdəndir.
Tədbirin sonunda təşkilatçılar iştirak edən dövlət qurumlarının nümayəndələrinə, Milli Məclisin deputatlarına, sahibkarlara, media və mədəniyyət nümayəndələrinə təşəkkürlərini bildiriblər.

Biznes     Tarix: 29 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal


iqtisadi xeberler emlak xeberleri dollar mezenne birbank biznes krediti