Dövlətin "AqrarKredit" BOKT-nun nizamnamə kapitalı ikiqat artırıldı
Azərbaycanda dövlətə məxsus olan bank olmayan kredit təşkilatı "AqrarKredit" QSC-nin nizamnamə kapiatalı kəskin artırılıb.
Banker.az-a daxil olan məlumata görə, BOKT-nin nizamnamə kapitalı 22 669 491 manatdan 45 338 982 manata qaldırılıb.
Bu da son əməliyyatda onun nizamnamə kapitalının iki qat artımı deməkdir.
BOKT-un səhmlərinin 100%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindi.
"AqrarKredit" BOKT 2021-ci ildə 1.19 milyon manat (2020: 0.87 mln. manat) xalis mənfəət əldə edib ki, bu da 2022-ci ilin 1 yanvarında 2.77 mln. manat bölüşdürülməmiş xalis mənfəət deməkdir.
Xatırladaq ki, 1987-ci ildə Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 22 oktyabr 1987-ci ildə keçmiş SSRi Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılmışdır.
Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1988-ci il yanvar ayının 1-dən fəaaliyyətə başlamışdır.
1992-ci il oktyabr ayının 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilmiş və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq aprel 2001-ci il tarixdən təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İban nədir?
Evdə biznes qurmağın yolları
SMM nədir?
Necə Bitcoin almaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?