Dünya Bankı Azərbaycan üçün 173,5 milyon dollarlıq krediti təsdiq edib

Dünya Bankı Azərbaycan üçün 173,5 milyon dollarlıq krediti təsdiq edibDünya Bankı bu gün Azərbaycanın Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiqləyib. 
Banka istinadən xəbər verilir ki, layihə ölkənin elektrik ötürücü şəbəkəsini gücləndirərək enerji qarışığının şaxələndirilməsinə və artan tələbatın daha etibarlı və dayanıqlı şəkildə qarşılanmasına imkan yaradacaq.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (İBRD Dünya Bankının qrupuna daxildir) 173,5 milyon ABŞ dolları məbləğində krediti Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsinə yönəldiləcək. Bu vəsait, özəl sektor üçün əlverişli mühit formalaşdıraraq, Azərbaycanın bərpaolunan enerji potensialının, xüsusən də quruda külək enerjisinin inkişafına investisiyaların cəlb edilməsini dəstəkləyəcək.
Layihə Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi bir dövrdə həyata keçirilir və ilkin mərhələdə 384 milyon ABŞ dolları həcmində özəl investisiyaların reallaşdırılmasına töhfə verəcək. Bununla yanaşı, bərpaolunan enerji sahəsinə əlavə sərmayələrin cəlb edilməsi üçün zəmin yaradacaq.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister layihənin əhəmiyyətini belə qiymətləndirib:
"Bu layihə Azərbaycanda insanların və müəssisələrin etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisindən istifadə imkanlarını artıracaq. Elektrik şəbəkəsinin gücləndirilməsi sayəsində biz Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyi hədəflərinə çatmasına dəstək verir, davamlı inkişaf və yeni imkanlar üçün zəmin yaradırıq".
AZURE layihəsi 3 komponentdən ibarətdir. Bura Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının (240 MVt) ötürücü şəbəkəyə qoşulması, 
özəl sektorun hasil edəcəyi 1 QVt-a qədər bərpaolunan enerjinin təhlükəsiz və etibarlı şəkildə ötürülməsi üçün 330/500 kV-luq yüksək gərginlikli şəbəkənin gücləndirilməsi və özəl investisiyalar hesabına 1,8 QVt bərpaolunan enerjinin sistemə daha yaxşı inteqrasiyası üçün elektrik şəbəkəsinin sabitliyinin artırılması daxildir.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji praktikasının meneceri Stephanie Gil vurğulayıb ki, AZURE, bankın keçən il başladığı Avropa və Mərkəzi Asiyada Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi (ECARES) çoxillik proqramına daxildir.
"Bu layihə hökumətləri, maliyyə institutlarını və özəl sektor nümayəndələrini bir araya gətirən geniş platformadan faydalanır. Belə bir yanaşma qlobal və regional ekspertizanın tətbiqini sürətləndirərək özəl sektorun aparıcı rol oynadığı enerji həllərinin geniş miqyasda həyata keçirilməsinə imkan verə bilər",- o bildirib.
Layihə çərçivəsində investisiyalar, bərpaolunan enerji potensialı yüksək olan bölgələrin əsas tələbat mərkəzləri ilə əlaqələndirilməsinə yönəldiləcək. Elektrik ötürmə gücünün artırılması və etibarlılığın yüksəldilməsi hesabına ev təsərrüfatları və müəssisələr üçün daha çevik və möhkəm enerji sistemi qurulacaq.
© "Report" 

Banklar     Tarix: 28 mart 2025

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi bitcoin bitkoin qiymeti