Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir
Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşdüyünü qeyd edib.
"Görüşdə əməkdaşlığın cari vəziyyətini və yeni layihə təşəbbüslərini nəzərdən keçirdik. Kiçik və orta biznes subyektlərinin (KOB) maliyyə resurslarına çıxışının genişləndirilməsi, eləcə də iqtisadi artım və şaxələndirmə üçün yeni imkanların araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğuladıq", – deyə Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək. / banker.az

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?