Dünya Bankı Türkiyəyə 750 milyon dollar enerji maliyyəsi ayırır

Dünya Bankı Türkiyəyə 750 milyon dollar enerji maliyyəsi ayırırTEİAŞ, ötürmə sisteminin yenilənməsinə yönəlik 750 milyon dollarlıq sazişi Dünya Bankı ilə imzalayıb.

Biznes.az xəbər verir ki,Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Dünya Bankı və beynəlxalq maliyyə qurumlarının Türkiyənin elektrik və təbii qaz infrastrukturuna böyük maraq göstərdiyini bildirərək, "Dünya Bankı ilə Türkiyə Elektrik İletim AŞ (TEİAŞ) arasında 750 milyon dollarlıq kredit sazişi imzaladıq", – deyib.

Nazir Bayraktar, İstanbul Konqres Mərkəzində keçirilən 11-ci Enerji Səmərəliliyi Forumu və Sərgisi çərçivəsində Dünya Bankı ilə TEİAŞ arasında imzalanan 750 milyon dollarlıq kredit sazişinin imza mərasimində iştirak edib.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Bayraktar deyib: "Nyu-Yorkdakı görüşlərimizdə Dünya Bankı ilə də danışıqlar apardıq. Xüsusilə Türkiyənin enerji infrastrukturuna, elektrik və təbii qaz infrastrukturuna yönəlik Dünya Bankının və beynəlxalq maliyyə qurumlarının çox böyük marağı var. Çünki Türkiyə mərkəzi bir ölkədir. Türkiyənin bərpa olunan enerji hədəfləri olduqca cəlbedicidir. Cənab Prezidentimiz ötən il Bakıda külək və günəş enerjisi sahəsində 2035-ci il üçün 120 min meqavatlıq quraşdırılmış güc hədəfimiz olduğunu bildirdilər. Buna görə də hər il 8–10 min meqavat yeni elektrik stansiyasına ehtiyacımız var," – deyə o qeyd edib.

Bayraktar vurğulayıb ki, Türkiyədə elektrik enerjisi üzrə quraşdırılmış gücün artımına paralel olaraq şəbəkə infrastrukturunun da genişlənməsi vacibdir və əlavə edib:

"Eyni zamanda ötən il açıqladığımız kimi, 2035-ci ilə qədər elektrik ötürmə infrastrukturuna 28 milyard dollarlıq investisiya qoyuluşu planlarımız var. Bu investisiyalar arasında xüsusilə infrastruktur layihələri Dünya Bankı və beynəlxalq maliyyə qurumlarının böyük marağına səbəb olur. Buna görə də həm Asiyadan, həm də Qərbdən maliyyə institutları ilə bu tip layihələr üçün danışıqlarımız intensiv şəkildə davam edir".

Bayraktar həmçinin qeyd edib ki, Türkiyənin böyüyən elektrikli nəqliyyat vasitələri bazarı, süni intellekt, məlumat mərkəzləri və soyutma məqsədli kondisionerlərin artan istifadəsi nəticəsində 2050-ci illərdə elektrik enerjisinə tələbatın üç dəfə artacağı proqnozlaşdırılır.

"Bütün bunlarla birlikdə biz enerji sahəmizə – istehsaldan ötürməyə, paylanmaya qədər çox güclü bir infrastruktur qazandırmalıyıq. Bunun üçün isə xarici maliyyə mənbələrini cəlb edəcəyimiz modelləri həyata keçirəcəyik" – deyə o əlavə edib.

Bayraktar bildirib ki, Türkiyənin enerji infrastrukturunun, xüsusilə ötürmə sahəsindəki layihələrin, xarici maliyyələşdirmə ilə uzunmüddətli, 20–30 illik müqavilələr çərçivəsində yeni bir səviyyəyə qaldırılması vacibdir.

"Ötürmə Sisteminin Dönüşdürülməsi Layihəsi" üzrə kredit sazişinin imzalanması mərasimində, Enerji və Təbii Sərvətlər Naziri Bayraktarın iştirakı ilə sənədləri TEİAŞ-ın baş direktoru Orhan Kaldırım və Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez imzalayıblar.

Türkiyənin enerji ötürmə sisteminin yenilənməsi və gücləndirilməsi istiqamətində mühüm rol oynayacaq bu layihə çərçivəsində üç əsas komponent yer alır:

– ötürmə şəbəkəsinin gücləndirilməsi,

– şəbəkə idarəçiliyi və istismarının rəqəmsallaşdırılması,

– TEİAŞ üçün texniki dəstək və potensialın artırılması.

TEİAŞ ilə Dünya Bankı arasında yeni kredit sazişləri üçün danışıqlar davam edir.

Xəbərlər     Tarix: 08 oktyabr 2025

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b


iqtisadi xeberler kicik biznes birbank biznes krediti valyuta mezennesi