E-PUL və UniBank Visa debet virtual kartını istifadəyə verdi

E-PUL və UniBank Visa debet virtual kartını istifadəyə verdi®E-PUL ödəniş platforması və UniBank Visa debet virtual kartının istifadəyə verildiyini elan etdi.
Oktyabrın 25-dən etibarən hər bir E-PUL istifadəçisi virtual pul kisəsindən əlavə Digital Visa Rewards rəqəmsal debet kartını da sifariş edə biləcək.
Bu xidmət bir çox üstünlükləri ilə fərqlənir. Virtual kartdan istifadə edən hər bir şəxs xarici onlayn mağazalarda alış-veriş üçün ödəniş edə, ölkə daxilində və ölkə xaricində pul köçürmələrini həyata keçirə biləcək.
Rəqəmsal kartını (eCard) bir toxunuşla E-PUL tətbiqini yükləyib, qeydiyyatdan keçməklə əldə etmək olar. eCard aşağıda təsvir edilən ilkin funksiyalar ilə işə salınır:
eCard kart balansının artırılması — Aşağıdakı xidmətlərdən istifadə edərək kartın balansını artırmaq mümkündür:
– EPUL proqramında TopUp (əlavə komissiya tutulmur);
– Terminal şəbəkəsi MilliÖn (Pasha Pay), Emanat, UniBank cash in (əlavə komissiya tutulmur);
– Card to Card (əlavə komissiya tutulmur).
E-PUL proqramında göstərilən xidmətlərin ödənişləri – hər ödənişə görə X2 bonus xalı hesablamaqla ödəniş etmək imkanı;
Qlobal saytlarda ödəniş – əlavə ödəniş etmədən mal və xidmətlərə görə ödəniş etmək imkanı;
Kartdan karta köçürmələr (Card to Card / Card to Wallet) – istənilən yerli və xarici bankın kartına, həmçinin E-PUL pul kisəsinə vəsait köçürmək imkanı;
Apple Pay / Google Pay – kredit kartı məlumatlarını üçüncü tərəfə açıqlamadan nağdsız ödənişlər etmək üçün təhlükəsiz və rahat üsuldur. (başlanğıc 2022-ci ilin sonuna qədər həyata keçiriləcək);
3% CashBack — EPUL şəbəkəsində, Supermarketlərdə, RESTORANLARDA və yanacaqdoldurma məntəqələrində rəqəmsal kartla ödəniş edərkən 3% CASHBACK əldə etmə imkanı! (loyal sistemin işə salınması 2022-ci ilin sonuna qədər həyata keçiriləcək);
İdentifikasiya (KYC) – İdentifikasiyadan keçməyən istifadəçilər üçün maksimum balans 100 AZN, illik limit 1000 AZN təşkil edir. Maliyyə xidmətlərini aparmaq imkanı məhduddur. İdentifikasiya EPUL tətbiqində üz tanıma texnologiyalarına əsaslanan, istifadəçinin şəxsiyyətini real vaxtda yoxlamağa kömək edən rəqəmsal identifikasiya vasitəsilə tamamlana bilər və ya UniBank və ya LeoBank-ın müştərisi olanlar üçün identifikasiyadan keçmək tələb olunmur. 
E-Pul.az-ın yaradıcısı olan "Paysis" MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal, mobil, sığorta, bank, internet, cərimə, YDM, mağazalar şəbəkəsi və digər ödənişləri, köçürmələr, eləcə də müxtəlif məhsulların alışını təmin edir. 
E-Pul mobil tətbiqindən yararlanmaq üçün aşağıdakı linklərə daxil olun:
Web:
Android:
IOS: / banker.az

Banklar     Tarix: 25 oktyabr 2022

Oxşar xəbərlər

"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı

"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafi

Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı

İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub. xəbər verir ki, bu fərziyyə dövlət v

"TuranBank"ın mənfəəti 36% artıb

"TuranBank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat və ya 35,6% çoxdur. Bununla belə, bankın xali

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artara

Premium Bank 9 ayda 13 milyon manata yaxın xalis mənfəət əldə edib - 43%-LİK ARTIM

"Premium Bank" ASC 2026-cı ilin ilk 9 ayını 12 milyon 983 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,8% artıb. Eyni zamanda, bankın kredit portfeli 496,

Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi

Azərbaycanda bankların 9 aylıq xalis mənfəəti 1,08 milyard manatı ötüb – ABB, Kapital Bank və PAŞA Bank ilk üçlükdədir. 30 sentyabr 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəət göstəricilərin

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyy

Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəhimli Xədicə Tərlan qızına verilmiş sığorta agenti fəaliyyəti üzrə lisenziyanı ləğv edib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 13 oktyabr 2026-cı il tarixində qərar qəbu

"VTB Azərbaycan" 9 ayda 20 faizdən çox böyüyüb - 7,7 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB

"VTB Azərbaycan" ASC 2026-cı ilin ilk 9 ayını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin sonu ilə müqayisədə bankın aktivləri 20,1%, kredit portfeli 24,8%, depozit portfeli isə 50,7% artıb


iqtisadi xeberler dollar mezenne investisiya kripto valyuta kurslari