"EBRD Azərbaycan kapital bazarları ilə əməkdaşlığa hazırdır"

"EBRD Azərbaycan kapital bazarları ilə əməkdaşlığa hazırdır"Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır.

Biznes.az xəbər verir ki, məlumatı EBRD-nin xəzinədarın müavini və maliyyələşdirmə üzrə rəhbəri İzabella Laurent verib. O, bu haqda Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakı Fond Birjası ilə birgə təşkil olunan Azərbaycan Sabit Gəlir Forumunun "Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu" panelində bildirib.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın kapital bazarları ilə uzunmüddətli əməkdaşlıq qurmağı və bazarda etimadın formalaşdırılması istiqamətində birgə tərəfdaş olmağı səbirsizliklə gözləyir.

İzabella, bankın komandasının hazırda təklif sirkulyarını (offering circular) yekunlaşdırdığını və Bakı Fond Birjası (BFB) ilə Milli Depozit Mərkəzi (MDM) arasında müqavilələrin bağlanması prosesinin davam etdiyini vurğulayıb:

"Ümid edirik ki, bütün bu işlər yaxın zamanda başa çatacaq və üzən faizli istiqrazların (floating rate note) buraxılışına start veriləcək. Əməliyyatın bir və ya iki həftə ərzində baş tutacağı gözlənilir. Bu, Azərbaycan istiqraz bazarı üçün həm həyəcanlı, həm də həlledici bir məqam olacaq".

O həmçinin ilk buraxılışın böyük həcmdə olmayacağını dilə gətirib:

"Əməliyyatın mümkün qədər etibarlı olması üçün "ABB-İnvest", BFB, MDM və Mərkəzi Bank ilə möhkəm tərəfdaşlıqlar qurulub".

Onun fikrincə, uzunmüddətli kapital bazarlarına və istiqraz bazarlarına keçmək üçün əvvəlcə pul bazarının formalaşması vacibdir.

Xəbərlər     Tarix: 24 sentyabr 2025

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri rubl mezenne kripto