Əfqanıstanın valyutası dünyanın ən çox bahalaşan valyutalarından biri olub
İlin əvvəlindən Əfqanıstan əfqanisi (AFN) ABŞ dollarına nisbətdə təxminən 14% dəyər qazanıb.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Əfqanıstan valyutasının möhkəmlənmə sürəti dünyada Kolumbiya və Şri-Lanka valyutalarından sonra üçüncü yeri tutub.
Ticarətin artması, valyuta nəzarəti, nağd pul axını və digər pul köçürmələri Əfqanıstanın məzənnəsinin möhkəmlənməsinə səbəb olub.
Bundan əlavə, Əfqanıstanda ölkədə ödənişlər üçün ABŞ dolları və Pakistan rupisindən istifadəyə qadağa qoyulub, ABŞ dollarının ölkədən kənara çıxarılmasına məhdudiyyətlər sərtləşdirilib.
Əfqanıstanda hazırda xarici valyuta əsasən valyutadəyişmə məntəqələri vasitəsilə ticarət edilir. Maliyyə sanksiyalarına görə, indi demək olar ki, bütün pul köçürmələri bir çox regionlarda, o cümlədən Yaxın Şərqdə fəaliyyət göstərən Hawala pul köçürmə sistemi vasitəsilə Əfqanıstana gedir.
Ekspertlər bildirir ki, xarici valyuta əməliyyatlarına məhdudiyyətlərin gücləndirilməsi və ticarət vəziyyətinin tədricən yaxşılaşması əfqaniyə tələbin artmasına kömək edir.
Dünya Bankı Əfqanıstan iqtisadiyyatının bu il azalmanı dayandıracağını və 2025-ci ilə qədər 2-3% artacağını proqnozlaşdırır.
Çin, Britaniya və Türkiyə şirkətləri bu ay ölkədə böyük dəmir və qızıl mədənlərinin tikintisi üçün 6,5 milyard dollarlıq müqavilələr imzalayıb. Yanvar ayında Əfqanıstan hökuməti ölkənin şimalındakı Amudərya çayı hövzəsində neft hasilatı üçün Çinin "Sincan Central Asia Petroleum and Gas" şirkəti ilə müqavilə imzalayıb.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?