Əhalinin bankdakı əmanətləri ₼16 mlrd.-a çatdı – Əmanətçilərin sayı yüksəlir
Azərbaycanda fiziki şəxslərin banklarda yerləşdirdiyi depozitlərin həcmi artmaqda davam edir.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilir.
30 noyabr 2025-ci il tarixinə fiziki şəxslərin depozitlərinin cəmi 15 mlrd. 847.7 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 1 mlrd. 548.6 mln. manat və ya təxminən 10.8% artım deməkdir.
Müddətli depozitlərdə də əhəmiyyətli artım müşahidə olunub. Fiziki şəxslərin müddətli depozitlərinin həcmi 9 mlrd. 963.9 mln. manat olub və bir il ərzində 1 mlrd. 363.1 mln. manat və ya 15.8% artıb. Depozitlərin 67.5%-i milli valyutada, 32.5%-i isə xarici valyutada yerləşdirilib.
Əmanət portfelinin 62.9%-i müddətli əmanətlərdən ibarət olub. Noyabr ayında müddətli əmanətlər 0.8% və ya 80.3 mln. manat, tələbli əmanətlər isə 3.9% və ya 218.4 mln. manat artıb.
2025-ci ilin noyabrında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4 959 nəfər), ilin əvvəlindən isə 26.8% (40 409 nəfər) artaraq 190.9 min nəfəri üstələmişdi.
Bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 72.2%-i və ya 37 mlrd. 202 mln. manat depozitlərdən ibarət olub. Depozitlərin 57.4%-i hüquqi şəxslərin, 42.6%-i isə fiziki şəxslərin payına düşür.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Whatsapp biznesin üstünlükləri nələrdir?