Əhalinin banklara borcu artır - İqtisadi aktivlik, yoxsa böhran

Əhalinin banklara borcu artır - İqtisadi aktivlik, yoxsa böhranAzərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 faiz artacağını gözləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində bildirilib.
Ümumilikdə son aylarda əhalinin banklara olan borclarının artdığı müşahidə edilir. Bunun səbəbi nədir? Mövcud vəziyyəti aradan qaldırmaq üçün nə etmək olar.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda artan istehlak kreditləri ciddi problemdir:
"Son zamanlar kreditlərin artması o deməkdir ki, bir müddətdən sonra problemli kreditlərin də həcmi arta bilər. Çünki faizləri yüksəkdir. Artıq  i. Dolanışıqla bağlı problemləri olduqca, gəlirləri yetmədikcə, kredit götürməklə müəyyən problemlərinin həllinə çalışanlar kifayət qədərdir. Bu isə problemli kreditləri artıra bilər. Bank sistemində dayanıqlılığın azalmasına da bunun səbəb ola bilər".
Əhalinin banklara borcu artır - İqtisadi aktivlik, yoxsa böhranİqtisadçı ekspert söyləyib ki, biznes və istehsal sahələrinin artmasına ehtiyac var:
"Problemli kreditlərin artmasının bir neçə dəfə şahidi olmuşuq. Sonradan dövlət müəyyən addımlar atmaqla problemli kreditləri silməyə, yaxud güzəştə getməyə məcbur olub. Buna bənzər halların yaşanma ehtimalı indi də var. Ona görə də, çalışmaq lazımdır ki, istehlak kreditidinin faziləri və həcmi ilə bağlı beynəlxalq aləmdə qəbul olunmuş normalar, proporsiyalar pozulmasın. Biznes, kommersiya kreditlərinin artmasına çalışmaq lazımdır. Yəni iş yerlərinə, istehsal sahələrinə verilən kreditlər daha da artsın. Ancaq təəssüf ki, bizdə istehlak kreditləri kredit portfelinin bəzən yarıdan çoxunu təşkil edir".
İqtisadçı ekspert Eldəniz Əmirov isə mövcud vəziyyətin yalnız əhalinin borclanması anlamına gəlmədiyini vurğulayıb:
"Verilən kreditlərin artması əhalinin borclanması anlamına gəldiyi kimi, həm də iqtisadi aktivlik deməkdir. Yəni bunu yalnız əhalinin borclanması ilə əlaqələndirmək doğru deyil. Bəli, bir baxımdan bu əhalinin borclanmasıdır. Lakin bu, normal haldır. Əksinə kreditin azalması iqtisadiyyatın və əhalinin zərərinədir. İstehlak yox, biznes krediti alanların sayı artırsa, bu yaxşı haldır".
Əhalinin banklara borcu artır - İqtisadi aktivlik, yoxsa böhranE.Əmirov iqtisadi aktivliyin olmadığı ölkələrdə iqtisadiyyatın tənəzzülə uğradığını diqqətə çatdırıb:
"Götürülən kreditlərin həcminin artması, həm də iqtisadi aktivlik deməkdir. Çünki uçot dərəcəsinin stabil saxlanılmasında bunun ciddi olmasada, müəyyən önəmi var. İqtisadi aktivliyin təmin olunması üçün uçot dərəcəsinin stabilləşməsinə ehtiyac var. Eyni zamanda əhalinin kreditə önəminin artması istiqamətində əhəmiyyətlidir. İqtisadi aktivliyin əsasını təşkil edir. İqtisadi aktivliyin olmadığı ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır.

Xəbərlər     Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi biznes krediti valyuta xeberleri