TuranBank 33 yaşını qeyd edir
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu gün 33 yaşını qeyd edir. 1992-ci ilin 12 iyununda fəaliyyətə başlayan Bank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin ən böyük maliyyə qurumlarından birinə çevrilib.
Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu illər ərzində bir çox uğurlara imza ataraq biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini və nüfuzunu daha da gücləndirib. Həmçinin 850-dən çox əməkdaşı ilə 22 satış nöqtəsində 190 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olub və əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.
TuranBank sahibkarlığın maliyyə imkanlarını genişləndirərək real sektorun maliyyələşdirilməsinə və rəqabətqabiliyyətli iqtisadi sahələrin inkişafına davamlı dəstək göstərir. Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka Krediti Zəmanət Fondu, həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, ECO Ticarət və İnkişaf Bankı , EMF Mikromaliyyə Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Incofin İnvestisiya Fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmaqda davam edir.
Bununla yanaşı Bank müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi ilə bank xidmətlərinin rahat, operativ və təhlükəsiz şəkildə təqdim olunmasını təmin edərək, təkmilləşdirilmiş İnternet bankçılıq sistemi və Mobil tətbiqi ilə müştərilərinə məsafədən bank xidmətləri göstərməklə dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi onların rəğbətini qazanıb.
33 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımıza, qazi və şəhidlərimizin ailələrinə dəstək olmaqla bərabər, "YAŞAT" Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, Bank ardıcıl 5 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür.
TuranBank - 33 illik etibarlı tərəfdaşınız!
TuranBank
Bizimlə etibarlıdır...

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?