Əhalinin banklardakı növbələrinə son qoyulacaq – Yeni qaydalar hazırlanır

Əhalinin banklardakı növbələrinə son qoyulacaq – Yeni qaydalar hazırlanırAzərbaycan Mərkəzi Bankı valyutadəyişmə məntəqələrinin açılması üçün tələb və şərtlərin müəyyən edilməsi istiqamətində müvafiq işlər həyata keçirir.
Mərkəzi Bankdan bildirilib ki, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi ilə bağlı tələblər "Valyuta tənzimi haqqında" AR Qanunu (Qanun) və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən olunur.
Bildirilib ki, Azərbaycan Prezidentinin 01.08.2023-cü il tarixli fərmanı ilə Qanunda edilmiş dəyişikliklərlə əlaqədar olaraq Mərkəzi Banka 6 (altı) ay müddətində normativ xarakterli aktları təsdiq etməsi tövsiyə edilib.
Nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə, mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı, girov vəsaitinin məbləği və digər tələblərlə bağlı əlavə məlumat müvafiq qaydalar təsdiq olunduqdan sonra veriləcəkdir.
Fiziki şəxslərin hüquqi şəxs yaratmadan valyutadəyişmə məntəqəsi aça bilməsi məsələsinə gəlincə isə, Mərkəzi Bankdan qeyd edilib ki, Qanunun 13-1-ci maddəsinə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi ilə bağlı rezident (qeyri-rezident) hüquqi şəxslər Mərkəzi Banka müraciət edə bilər.
Qeyd edək ki, hazırda yalnız banklar və onların filialları, eləcə də "Azərpoçt" MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. "Valyuta tənzimi haqqında" qanuna edilən dəyişikliyə əsasən isə fiziki və hüquqi şəxslərə də valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi nəzərdə tutulur. Bəzi hallarda bank filiallarında valyuta dəyişmək istəyən insanlar növbəyə durmaq məcburiyyətində qalır. Eyni zamanda ölkəmizə gələn turistlər də, xüsusilə şənbə və bazar günləri valyuta dəyişməkdə çətinlik çəkirlər. Yeni valyutadəyişmə məntəqələrinin açılmasından sonra bu problemlərin aradan qalxacağı gözlənilir. / banker.az

Banklar     Tarix: 12 avqust 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes qurmaq depozit faizleri 1000 manatla biznes