Elmar Məmmədov "Azərbaycan Mikro-Kredit"dəki payını satıb

Elmar Məmmədov "Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. 2025-ci ilin sonuna şirkətin kapitalında iki səhmdarın hər biri 50% paya malik olub.
Marja.az-ın BOKT-ın maliyyə hesabatına əsasən xəbərinə, 31 dekabr 2025-ci il tarixinə BOKT-un səhmdarları Kazım Hüseynov və Səbuhi Əzizov olub. Onların hər biri şirkətin kapitalında 50% paya sahibdir.
2024-cü ilin sonuna isə şirkətin səhmdar strukturu fərqli idi. Həmin tarixə Kazım Hüseynov 20%, Səbuhi Əzizov 20%, Elmar Məmmədov isə 60% paya malik olub.
Beləliklə, 2025-ci ildə Elmar Məmmədov şirkətin səhmdarları sırasından çıxıb, Kazım Hüseynov və Sabuhi Əzizovun payları isə hər biri üzrə 20%-dən 50%-ə yüksəlib. Hər iki səhmdarın payında 30 faiz bəndi artım qeydə alınıb.
 "Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC 24 aprel 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb.  BOKT-un əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə qısa və uzunmüddətli, təminatlı və təminatsız kreditlərin verilməsi də daxil olmaqla maliyyə xidmətlərinin göstərilməsindən ibarətdir.
Kredit şirkəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014-cü il tarixli, 06-02069-2014 nömrəli xüsusi razılıq — lisenziya əsasında fəaliyyət göstərir.
Nizamnamə kapitalı 1,7 milyon manatdır
31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə BOKT-un təsdiq olunmuş və tam ödənilmiş səhmlərinin sayı 17 min 220 ədəd olub. Hər bir səhmin nominal dəyəri 100 manat təşkil edib.
Buna əsasən, şirkətin nizamnamə kapitalı 1 milyon 722 min manat səviyyəsindədir.
Hesabata görə, 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə "Azərbaycan Mikro-Kredit" BOKT-un Azərbaycanda 4 filialı mövcud olub.
Şirkətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, AZ1095, Nizami küçəsi, ev 68.
Səhmdar strukturunda baş verən dəyişiklik şirkətdə nəzarətin daha konsentrasiyalı formaya keçdiyini göstərir. 2024-cü ildə əsas pay sahibi 60%-lik iştirakla Elmar Məmmədov olduğu halda, 2025-ci ilin sonunda şirkət iki bərabər payçı arasında bölünüb.
Bu dəyişiklik nəticəsində Kazım Hüseynov və Sabuhi Əzizovun şirkətdə təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Hər iki səhmdarın 50%-lik paya sahib olması idarəetmə qərarlarında balanslaşdırılmış iştirak modelinin formalaşdığını göstərir.
Həmçinin oxu
"Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti kəskin azalıb

Banklar     Tarix: 30 may 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar məzənnəsi dollar kursu birbank online pul qazanmaq