"Əmanətlər üzrə kompensasiya məbləği artırılsa, insanlar məsuliyyətsiz davranar"

Azərbaycanda 2021-ci il aprelin 5-dən qüvvəyə minmiş qaydalara görə, bir yerli bankda 100 min manata qədər əmanət sığortalı hesab edilir.
Yəni, hansısa bank bağlandığı (bankda sığorta hadisəsi baş verdiyi) halda Əmanətlərin Sığortalanması Fondu (ADIF) vətəndaşın bankdakı əmanətinin yalnız 100 min manatını kompensasiya edir. Hazırda Azərbaycanda 24 bankın fəaliyyət göstərdiyini nəzərə alsaq, bir nəfərin sığortalı əmanət yerləşdirmək imkanı maksimum 2,4 milyon manatdır.
Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, əmanətlərin sığortalanmasına dair 100 min manatlıq limiti artırmağa ehtiyac yoxdur. Qurumun sədri Taleh Kazımov ötən ay bildirib ki, limit artıqca, bankların izafi xərcləri də artacaq: "Bu da maliyyə sabitliyinə mənfi təsir edəcək".
Təbii ki, əhalinin əksər hissəsinin əlindəki vəsait maksimum bir neçə yüz min manat ola bilər. Bununla belə, ölkədə kifayət qədər insan da var ki, biznes fəaliyyəti ilə məşğuldur və aylıq dövriyyəsi milyonlarla manatdır. Bəs bu kimi insanların əmanətinin banka sığorta yerləşdirməsi üçün 100 min manatlıq limit ədalətlidirmi? "İqtisadçı-ekspertlər ilə bu suala cavab tapmağa çalışdıq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, 100 min manata qədər əmanətlərin sığortalanması əmanətçilərin 90 %-dən çoxunu əhatə etdiyi üçün həmin məbləğ ədalətlidir: "Sözsüz ki, bəzi vətəndaşlarımızın əmanəti daha çox ola bilər. Amma əksər əmanətçilər banklara 100 min manatdan aşağı pul qoyur. bu səbəbdən əmanətlərin sığortalanması sistemimizi əhatə dairəsinə, miqyasına görə ədalətli hesab etmək olar".
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da mövcud məbləği ədalətli sayır: "Əgər kiminsə pulu 2,4 milyon manatdan çoxdursa, o, ailə üzvlərinin adına da əmanət yerləşdirə bilər. Bir məsələ də var ki, milyonlarla manat pulu olanlar adətən onun hamısını yerli banklara qoymur, bacardıqca ölkədən kənara çıxarır, xaricdə nə isə (əmlak və s.) alır. Həm də dövlət bütün əmanətlərə təminat verə bilməz, məhdudiyyət mütləq olmalıdır. Azərbaycanda da sığortalanan məbləğ digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Ümumiyyətlə isə, sığorta sistemi daha çox adi insanlar, həqiqi sahibkarlar üçündür".
İqtisadçı-ekspert Xalid Kərimli də hesab edir ki, 100 min manatlıq limit ədalətlidir: "Bu məbləğlə dövlət faktiki olaraq bankların bankların riskinin böyük bir hissəsini öz üzərinə götürür. Daha çox əmanətə təminat verilsə, dövlətin riski də artacaq. Bir nəfər üçün 2,4 milyon manatlıq riskin sığortalanması heç də az deyil. Halbuki, ABŞ kimi super dövlətdə bu limit cəmi 250 min dollardır. Sığorta məbləğinin artırılması həm də insanları məsuliyyətsiz davranmağa, öz vəsaitlərini nə cür gəldi banklara yerləşdirməyə sövq edə bilər".
Əmanətlərin Sığortalanması Fondunda (ADIF) da hesab edirlər ki, qorunan əmanətlər üzrə kompensasiya olunan məbləğin limitinin 100 min manat müəyyən edilməsi ədalətlidir: "Bu məbləğ ölkəmizdəki əmanət bazarının obyektiv tələblərinə tam şəkildə cavab verib, banklarda baş verə biləcək sığorta hadisələri zamanı əmanətçiləri mümkün maliyyə itkilərindən qorunmasını təmin edir. Bu sahədə mövcud beynəlxalq təcrübəyə nəzər salsaq, ölkəmizin əmanətlərin sığortalanması sistemində təsbit edilmiş bu məbləğ limitinin bir çox qonşu ölkələrin qanunvericiliyi ilə müəyyən edilmiş həddən yüksək olduğunu görərik. Belə ki, qonşu Türkiyə və Rusiyada bu kompensasiya limiti manat ekvivalenti ilə təqribən 26 min manat, Gürcüstanda 10 min manat, Ukraynada 9 min manat, Qazaxıstanda 76 min manat təşkil edir. Güclü iqtisadiyyata malik olan inkşaf etmiş ölkələrdə müəyyən edilmiş analoji limitlərə baxdıqda görərik ki, bu rəqəm Kanadada təqribən 127 min manat, Yaponiyada isə 118 min manat həddindədir".
"Ölkəmizin əmanətlərin sığortalanması sistemində kompensasiya məbləğinin maksimum həddinin müəyyən edilməsi zamanı Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (IADI) qəbul etdiyi Əsas Prinsiplərə istinad edilib. Dünya təcrübəsinə uyğun olaraq maksimum kompensasiya məbləği əmanətçilərin minimum 80 %-ni, əmanətlərin isə məbləğ olaraq minimum 20 %-ni əhatə etməlidir. Hazırda ölkəmizdə kompensasiya məbləği üzrə qüvvədə olan maksimum hədd əmanətçilərin 99,9 %-ni, fiziki şəxslərin ümumi əmanətlərinin isə məbləğ olaraq 50,4 %-ni tam əhatə edir. Daha əvvəl diqqət yetirilmiş məqamlara əlavə olaraq qeyd etmək yerinə düşər ki, son təcrübə olaraq hazırda ləğv prosesində olan "Günay Bank" ASC-də baş vermiş sığorta hadisəsi nəticəsində qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi prosesi davam etməkdədir. Bu proses göstərir ki, sözügedən bankda fiziki şəxslərin ümumi əmanət məbləğinin 42,6 %-ni kompensasiya olunan məbləğlər təşkil edir", - deyə ADIF bəyan edib.
© Report

Banklar     Tarix: 07 iyul 2023

Oxşar xəbərlər

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi

ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməs

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil


iqtisadi xeberler internetden pul qazanmaq valyuta mezennesi valyuta xeberleri kripto