Emil İsgəndərov "Caspian Energy UAE"ın sədri vəzifəsinə - TƏYİN OLUNUB

Emil İsgəndərov Emil Isgəndərov "Caspian Energy UAE " ın sədri vəzifəsinə təyin olunub.
Məmmədov Nəriman  "Caspian Energy Israel"in sədri vəzifəsinə - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, "Caspian Energy UAE" Emil Isgəndərovun başçılığı altında Birləşmiş Ərəb Əmirlikləri ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq "Caspian Energy Forum UAE", "Caspian Energy Award UAE", "Brand Award UAE" və həmçinin Birləşmiş Ərəb Əmirliklərinin bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.
Emil Isgəndərov ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"ın Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Emil Isgəndərov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb.
Emil Isgəndərov 28 avqust 1983-cu il tarixində Azərbaycanda anadan olub. 2000-ci ildə 189 nömrəli məktəbi bitirdikdən sonra bakalavr təhsili almışdır. 2015-ci ildə Dubayda yerləşən Amerikan universitetində Biznesin idarə edilməsi uzrə təhsil almışdır.
Emil Isgəndərov artıq 20 ildən çox müddətdir ki BƏƏ-də yaşayan Azərbaycan icmasında xüsusi hörmətə malikdir. O, vətənini sevən şəxs kimi daima ölkəmizin və dövlətçiliyimizin maraqlarını müdafiə edərək öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməkdədir. İstər COVİD-19 pandemiyası dönəmində, istərsə də ölkəmizin 44 günlük Vətən Müharibəsi ərəfəsində həmyerlilərimizə öz maddi və mənəvi dəstəyini əsirgəməyərək, onları daim diqqət mərkəzində saxlamışdır. Bununla yanaşı, Emil İsgəndərov AR-nın Dubaydakı Baş Konsulluğu tərəfindən təşkil edilmiş bütün tədbirlərdə aktiv şəkildə iştrak edərək öz töhfəsini vermişdir. E. İsgəndərov bugün də ölkəmizin maraqlarını və ümumilikdə Azərbaycançılıq məfkurəsini BƏƏ-də ciddi surətdə təbliğ etməkdədir.
Sıralarında dünyanın 50 ölkəsindən 5,000 artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət" dialogunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 11 noyabr 2022

Oxşar xəbərlər

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

"Supertoys" MMC-nin dövlətə külli miqdarda vergi borcu var - MƏBLƏĞ

Ölkənin ən böyük oyuncaq mağazaları şəbəkəsi olan "Supertoys" MMC-nin (VÖEN: 1005376651) dövlətə külli miqdarda vergi borcu var. .  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin vergi borcunu məbləğ

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi bildirir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssis

13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir! - FOTOLAR

Bizon markasının həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereyasının iyun ayındakı qaliblər müəyyən edilib və 4 avtomobil öz sahibini tapıb. xəbər verir ki, lotereyanın İyun ayı üzrə qalibləri: I tirajın qalib

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

"Zaqatala-Fındıq" ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ

"Zaqatala-Fındıq" ATSC-nin (VÖEN: 5100187171) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağı

"Reanda Azərbaycan" şirkətinin rəhbər heyəti "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni ziyarət edib - FOTO

Azərbaycanın aparıcı audit şirkəti olan "Reanda Azərbaycan" MMC-nin rəhbər heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni qonaq qismində ziyarət edib. . xəbər verir ki, Kiçik və Ort

Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır

"Bakı Çinar Soyuducuları" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 15 sentyabr 2026-cı il tarixində saat 10:30-da keçiriləcək. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. xəbər verir ki, yığınca


iqtisadi xeberler valyuta kurslari bank faizleri bitkoin valyuta mezennesi