"Əminliklə deyə bilərəm ki, Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olar"

"Əminliklə deyə bilərəm ki, Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olar" 
Bunu Marja-ya Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib.
Hüseynov, "Bankın hər yeni xidməti və məhsulu müştərinin səsini eşidərək işlənib hazırlanır və istifadəyə verilir" deyərək belə davam edib:
"Yeniliklər tətbiq olunduqdan sonra mütləq qaydada müştərilərin rəyləri nəzərdən keçirilir, qarşıya çıxan çətinliklər aradan qaldırılır, lazımdırsa məhsul və xidmətlərə dəyişikliklər olunur və onlar müştərilərin ixtiyarına təkrar verilir. Lakin bu o demək deyil ki, biz bu sahədə bütün işləri görmüşük. Daimi inkişaf müştəri məmnuniyyətinin əsasıdır. Bunun üçün həm infrastruktur, həm keyfiyyət, həm xidmət və həm də proses tərəfdən davamlı təkmilləşdirmə işləri aparılacaqdır".
Fərid Hüseynov deyib ki, Bankın cari strateji dövrü bitmək üzrədir və növbəti strateji dövr üçün strategiya hazırlanır:
"Bizim 2024-2026-cı illər üçün strategiyamızın mərkəzində məhz müştəri məmnuniyyəti və rahat müştəri təcrübəsi dayanıb. Belə ki, biz təklif etdiyimiz xidmətləri müştəriyə dəyər yaradacaq şəkildə, tam stabil və əlçatan olmasını təmin etməyi özümüzə əsas prioritet kimi götürmüşük. Buna nail ola bilmək üçün artıq bir neçə ildir ki, biz dataya, yəni məlumatlara əsaslanan biznesin qurulması istiqamətində çalışırıq. Müvafiq infrastruktur yaradırıq və data sahəsinə ciddi investisiyalar edirik. 2024–2026-cı illəri əhatə edən növbəti strateji dövrdə də bu istiqamətdə daha təkmil və kompleks tədbirlər görəcəyik. Pərakəndə sektorla yanaşı, KOS və mikro istiqamətlərində xidmətlərin data əsaslı olmasını və  maksimum rəqəmsallaşmasını təmin edəcəyik". 
Həmçinin oxu
Kapital Bank-ın yeni sədrilə MÜSAHİBƏ
/ marja.az

Banklar     Tarix: 04 iyul 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bitkoin qiymeti en son xeberler dollar məzənnəsi dollar mezenne