Ən aşağı vaxtı keçmiş kreditləri olan Azərbaycan bankı
"Premium Bank" ASC-nın 2023-cü ilin ikinci rübündə kredit portfelinin keyfiyyəti çox yüksək olmuşdur.
Bankdan Marja.az-a verilən məlumata görə, keçən ilin sonunda vaxtı keçmiş kreditlər 2 milyon 162 min manat olmaqla portfelin 0.49%- ni təşkil edirdisə, cari ilin ikinci rübünə 0.03% azalaraq bu rəqəm 2 milyon 151 min manata düşmüş və kredit portfelində xüsusi çəkisi cəmi 0.46% olmuşdur. "Premium Bank" bu göstərici ilə ən aşağı vaxtı keçmiş kreditlərin olduğu Azərbaycan bankıdır.
Həmçinin "Premium Bank" cari ilin ikinci rübünü 5 milyon 112 min manat xalis mənfəətlə başa vurmuşdur. Bu göstərici keçən ilin eyni dövründə cəmi 78 min manat olmuşdur.
Bankın kredit portfeli keçən ilin sonu 436 milyon 968 min manat ilə müqayisədə 33 milyon 491 min manat artaraq 470 milyon 459 min manata çatmışdır.


Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
SWIFT nədir?
Necə Bitcoin almaq olar?