Ənənəvi "Onlar bizə əmanətdir" layihəsi həyata keçirildi
®Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, "Qırmızı Ürəklər" ("Red Hearts") Fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi "Onlar bizə əmanətdir" layihəsini həyata keçirdi.
Layihə çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1685 nəfər şəhid övladına bayram hədiyyələri Azərpoçt vasitəsilə təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak edib, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti orqanları dəstək olub.
Qeyd edək ki, "Qırmızı ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.


/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Françayzinq nədir və necə olur?
İlon Mask kimdir?