"Expressbank" 2022-ci ilin üçüncü rübünü 11 mln. manat mənfəətlə başa vurdu

Ölkənin bank və maliyyə sektorunda aparıcı yerlərdən birini tutan "Expressbank" ASC,  həm yerli, həm də beynəlxalq müstəvidə olan maliyyə yeniliklərini izləyir və bu innovativ həlləri mütəmadi olaraq öz fəaliyyət prinsiplərinə tətbiq etməyə davam edir. Şəffaflıq və bank-müştəri münasibətlərində qarşılıqlı inam prinsipləri əsasında fəaliyyət göstərən bank, bunun məntiqi davamı olaraq, növbəti maliyyə uğuruna imza atmışdır. Belə ki, "Expressbank" ASC ötən ilin üçüncü rübü ilə müqayisədə 38.25% artım əldə edərək, bu ilin üçüncü rübünü 11 milyon manatdan artıq mənfəətlə başa vurmuşdur.
Aktivlərin həcmində artım olmuşdur.
2022-ci ilin üçüncü rübünə aid olan maliyyə hesabatında bankın bir çox göstəricilərində uğurlu nəticələr qeydə alınmış və bu özünü aktivlərin həcmində də əks etdirmişdir. Belə ki, bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 20.23% artaraq cari ilin üçüncü rübündə 422.434 milyon manat təşkil etmişdir.
Depozitlərin payı artmışdır.
"Expressbank"ın müştərilərə olan yanaşması qarşılıqlı inam və güvən prinsipləri əsasında inkişaf etməkdədir. Bunun əyani nümunəsinin maliyyə rəqəmlərində də təzahür etdiyini görmək mümkündür. Bankın depozit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 14.13% artaraq cari ilin üçüncü rübündə 178.141 milyon manat olmuşdur.
Kredit portfelinin də ümumi həcmi artmışdır.
"Expressbank" ASC-nin cari ilin üçüncü rübünə aid digər bir uğurlu statistik göstərici isə kredit portfelinin həcmində olan artımdır. Mütəmadi olaraq müştərilərin ehtiyaclarını nəzərə alaraq həyata keçirilən kredit kampaniyaları bu nəticələrə də öz təsirini göstərmişdir. Nəticədə ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kredit portfelinin ümumi həcmi artaraq 285.331 milyon manat təşkil etmişdir.
Kapitalın həcmində artım qeydə alınmışdır.
Bu ilin üçüncü rübündə əlaxsus qeyd edilə biləcək nüanslardan biri də kapitalın həcmində olan artımdır. Ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kapital həcmi 9.49% artaraq 135.610 milyon manat həcminə çatmışdır.
"Expressbank" ASC-nin cari ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz gəlirlərində də artım nəzərə çarpmışdır. Üçüncü rübdə bankın faiz gəlirləri 15.78% artaraq 35.624 milyon manat, qeyri-faiz gəlirləri isə 34.91% artaraq 13.605 milyon manat məbləğində qeydə alınmışdır. Xüsusilə qeyd etmək istərdik ki, qeyri-faiz gəlirlərində olan xarici valyutadan gəlir 102.65% artaraq 5.025 milyon manata çatmışdır.
Bütün qeyd edilən maliyyə göstəricilərini nəzərdən keçirərkən vurğuluya bilərik ki, "Expressbank" ASC-nin bu ilin üçüncü rübündə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.29% faiz artaraq 28.365 milyon manat olmuşdur.
Həmçinin, "Expressbank" ASC-nin bu ilin üçüncü rübünün maliyyə göstəricilərinə əsasən I dərəcəli kapitalın adekvatlıq əmsalı 32.41%, məcmu kapitalın adekvatlıq əmsalı 36.48% və leverec əmsalı isə 27.28% təşkil edib. Əlavə olaraq qeyd etmək istərdik ki, bankın məcmu kapitalı üçüncü rüb üzrə 132.861 milyon manat həcmində olmuşdur. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi normadan 3 dəfədən çox olmuşdur. Bu da bankın maliyyə cəhətdən stabil və inkişafa meyilli olduğunun bariz nümunəsidir.
Özəlliklə qeyd etmək istərdik ki, iqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi meyarlar üzrə dəyərləndirmə aparan beynəlxalq "Fitch Ratings" agentliyi "Expressbank" ASC-nin fəaliyyətinə yüksək qiymət verərək, bankın reytinqini "B" səviyyəli "stabil" proqnozu ilə təsdiqləyib.
"Expressbank" ASC hər zaman fəaliyyətini təkmilləşdirərək müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir. Ölkənin maliyyə və bank sektorunda bütün kateqoriyalar üzrə uğurlu, məhsuldar, yenilikçi fəaliyyətini davam etdirməkdən və müvəffəqiyyətlə irəliləməkdən məmnunluq duyur.
/ banker.az

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler investisiya valyuta mezennesi internetden pul qazanmaq birbank