Expressbank daha 4 vətəndaşın özünüməşğulluq fəaliyyətinə dəstək olub
®Expressbank daha 4 vətəndaşın özünüməşğulluq fəaliyyətinə dəstək olub.
Layihə çərçivəsində Bankın əməkdaşları Bakı şəhərinin Binəqədi, Sabunçu və Suraxanı rayonunda yaşayan ailələrlə görüşüb, onların biznes planlarına uyğun avadanlıqlar təqdim ediblər.
Binəqədi rayonu sakini Solmaz Əsgərova Əjdər qızı, Sabunçu rayonu sakini Aygün Mehtiyeva Asif qızı, Suraxanı rayon sakinləri Aynur Nəcəfpur Məzahir qızı və Nicat Aslanov Xanış oğlu təlim-tədris fəaliyyətləri üçün zəruri ləvazimatlarla təmin edilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Layihə müddətində Expressbank 60-a yaxın vətəndaşı müxtəlif avadanlıqlarla təmin edib.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank – İşiniz rahat getsin! / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?