Expressbank-ın İdarə Heyətinə təyinat olub
Expressbank ASC-də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Banker.az xəbər verir ki, Fuad Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində bank sektorunda bir sıra məsul vəzifələrdə çalışaraq, maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl "Unibank"da Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində Expressbank-da Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.
Fuad Məmmədli ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlayıb.
Yeni təyinatın Expressbank-ın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?