"Expressbank" yeni "VISA Infinite" kartlarını təqdim edir

(®) Hər bir kəsin səyahət edərkən müəyyən xərcləri yaranır və bunu maksimum qədər az məsrəflə gerçəkləşdirmək hamının əsas istəklərindəndir.  Səyahətinizi sərfəli şəkildə həyata keçirmək üçün "Expressbank"ın yeni "VISA Infinite" plastik kartları bir sıra imkanlar yaradır. Bu plastik kartları ilə daha rahat, vaxt itirmədən, operativ şəkildə və minimum xərclərlə səyahət etməyiniz  artıq mümkündür. "VISA Infinite" kartını əldə etdikdə 3 nəfər yaxınınıza da pulsuz "VISA Platinum" kartları hədiyyə edib, aşağıdakı üstünlüklərindən birlikdə yararlana bilərsiniz. Həmçinin bu kartlar ölkədaxili və ölkəxarici POS terminallar vasitəsilə sizə 3 % "cashback"də qazandıracaqdır.
 "Expressbank"ın yeni  "VISA Infinite" plastik kartları ilə  səyahət etmədən öncə COVID-19 testindən pulsuz keçmək imkanından istifadə edə bilərsiniz. Vaxtında, rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna (GYD) gediş/gəliş zamanı Bakı və Abşeron yarımadası hüdudlarında pulsuz transfer xidmətindən istifadə edə bilərsiniz. Sözsüz ki, səyahət zamanı ən mütləq amillərdən biri də sığortalanmaqdır. "VISA Infinite" kartlarının təqdim etdiyi üstünlüklərdən biri də Səyahət Sığortasının olmasıdır. Səyahəti sığortası ilə  güvənli və rahat şəkildə dünyanı gəzə bilərsiniz.
"Fastline" xidməti ilə sürətləndirilmiş reys qeydiyyatı , sürətli baqaj təhvili, aviasiya təhlükəsizliyinin keçilməsi, gediş və gəliş zamanı pasport yoxlamasından növbədən kənar keçmə kimi prosesləri vaxtında və operativ həyata keçirib, uçuşa gecikməmək və hava limanında qeydiyyat məsələlərini vaxt itirmədən pulsuz həyata keçirə bilərsiniz.  "Expressbank"ın yeni "VISA Infinite" kartları ilə digər bir səyahət üstünlüyü isə uçuş zamanı hava limanlarında "Lounge Key" xidməti vasitəsilə biznes-zallarda olan rahat gözləmə yerlərində uçuş saatını gözləyə, premium xidmətlərdən istifadə edə bilərsiniz.
Həmçinin  24/7 "Konsyerj" xidmətindən istifadə ilə bütün müəssisələrin ünvanları, telefonları, mağazalar, xəstəxanalar, tədbirlər, festivallar, sərgilər, idman tədbirləri barədə xəbərlər, təyyarə, qatar və avtobusların hərəkət cədvəli və s. haqqında gündəlik məsələləri sürətli və zəhmətsiz həll edib, xidmətlərdən yararlanmaq imkanına sahibdirlər.
"Expressbank"ın "VISA Infinite" kart sahiblərinə geniş istifadə imkanları yaradır. Kartı əldə etdikdən sonra müştərilər onun çox böyük üstünlüklərindən istifadə edə və kartın geniş xidmət funskiyasına uyğun bir çox xidmətini ən yüksək keyfiyyətdə almaq imkanı qazana bilərlər. Premium və keyfiyyətli xidmətlərdən rahatlıqla yararlanmaq istəyən şəxslər "Expressbank"ın "VISA Infinite" kartını əldə edib aşağıdakı digər üstünlükləri əldə edəcəklər:
·         Tərəfdaşlarla alış-veriş zamanı 30%-dək cashback;
·         6% debet qalığına illik gəlir;
·         eManat və Expresspay terminallarından mədaxil imkanı;
·         Bank seyfindən istifadəyə görə xidmət haqqına 30% endirim;
·         Alıcının qorunması –  "VISA Infinite" kartı ilə alınan əşyaların sığortalanması;
Siz də "Expressbank"ın yeni "VISA Infinite" plastik kartlarının yuxarıda sadalanan bütün imkanlarıdan yararlanmaq üçün istənilən "Expressbank" filialına yaxınlaşaraq sifariş əldə edə bilərsiniz.

Banklar     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank