Expressbankda 2 yeni təyinat olub
Expressbankın Müştəri xidmətləri və Maliyyə departamentlərinə direktorlar təyin olunub.
Belə ki, daha öncə Expressbankın Yasamal filialının müdiri vəzifəsində çalışan Adil Kamilov Müştəri xidmətləri departamentinin direktoru vəzifəsinə təyin olunub. Bankın Maliyyə departamentinin direktoru vəzifəsinə isə Emil Hüseynli təyin edilib.
Adil Kamilov Azərbaycan Dövlət Aqrar Universitetində İstehsalın və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Peşəkar fəaliyyətinə 2007-ci ildən etibarən bank-maliyyə sahəsində başlayıb. 2008-ci ildən Unibank ASC-də müxtəlif vəzifələrdə çalışaraq filial müdiri vəzifəsinə yüksəlib və 2009 –2015-ci illərdə bu vəzifədə fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə "Expressbank" ASC-də filial müdiri olaraq çalışmağa başlayıb. Bankdakı fəaliyyəti ərzində Elmlər Akademiyası və Yasamal filiallarının müdiri olaraq çalışıb.
Expressbankın Maliyyə departamentinin yeni direktoru Emil Hüseynli "Akdeniz" Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. O, karyerasına 2015-ci ildə "Dəmirbank" ASC-də başlayıb. Burada maliyyə nəzarəti, hesabatlıq və təhlil, büdcə və planlaşdırma, eləcə də maliyyə təhlili istiqamətlərində çalışıb.
2018-ci ildə "Expressbank" ASC-də fəaliyyətə başlayan Emil Hüseynli Bankın Maliyyə departamentində büdcə və maliyyə nəzarəti üzrə müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə "Kapital Bank" ASC-də analitika istiqamətində fəaliyyətini davam etdirən Emil Hüseynli həmin ildən 2026-cı ilin avqustunadək "Unibank" ASC-də Maliyyə menecmenti departamentinin Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni təyinatların Bankın müştəri xidmətlərinin və maliyyə idarəetməsinin inkişafına, eləcə də strateji hədəflərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir. / banker.az

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?