"Expressbank"da təyinatlar olub
"Expressbank" ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik edilib.
Banker.az xəbər verir ki, səhmdarların qərarına əsasən Anar Hacızadə Fuad oğlu Audit Komitəsinin sədri təyin edilib.
Ona qədər bu vəzifədə Rüfət Nağıyev Ramiz oğlu idi. O isə Audit Komitəsinin üzvü seçilib.
Anar Hacızadə həmçinin bankın Müşahidə Şurasının üzvüdür.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.54 milyon manatdır. Bankın səhmlərinin 48.8 %-i "Azenco Group"a, 30.8%-i "Enerqoservis" MMC-yə, 20%-i Hafiz Seyidova, 0.4%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?