Expressbankın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü "RoboCode" düşərgəsi başa çatıb
®"Expressbank"ın sponsorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin, "Bilişim Vadisi"nin və "SAHA Robotics" şirkətinin birgə ərsəyə gətirdiyi "RoboCode III" robotik kodlama düşərgəsi yekunlaşıb.
Bağlanış tədbirində "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov, "Bilişim Vadisi"nin baş icraçı direktorunun müavini Tuba Öztepe və Expressbankın Reklam və Marketinq şöbəsinin rəhbəri Ayşən Həsənova çıxış ediblər.
Ayşən Həsənova öz çıxışında Expressbankın gənclərin maariflənməsinə və texnoloji yeniliklərdə onların aktiv iştirakına verdiyi önəmi vurğulayıb. Həmçinin, Bankın bu istiqamətdəki layihələri dəstəkləməkdən və Azərbaycan gəncliyinin inkişafına töhfə verməkdən məmnunluğunu dilə gətirib. O, robototexnika və kodlama kimi gələcəyin sahələrinə qoyulan investisiyanın ölkənin rəqəmsal ekosisteminin güclənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirin açılış nitqindən sonra düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nəticələrə əsasən 1-ci yerə "Qızılbaş", 2-ci yerə "Soilmate" komandası, 3-cü yerə isə "Spark Mind" komandası layiq görülüb.
Qaliblər "SAHA Robotics" və "Bilişim Vadisi"ndən bir sıra imtiyazlar əldə edib, həmçinin Expressbank tərəfindən hədiyyələrlə təltif olunublar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda "Take Off İstanbul" startap sammitində iştirak imkanı əldə edəcək.
Qeyd edək ki, bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına "ROS 2-in əsasları", "SLAM alqoritmləri", "ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması" kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub.


/ banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları