"Faizləri aşağı salmağa başlamağımız vacibdir, lakin bunu çox tez etməməliyik"
ABŞ Mərkəzi Bankının (FED) Filadelfia şöbəsinin rəhbəri Patrick Harker, FED-in faiz dərəcələrinin daha da artırılmasına qarşı olduğunu söyləyib, tezliklə olmasa da, faizləri azaltmağa açıq olduğuna bildirib.
Marja xəbər verir ki, Filadelfiyada bir radioda çıxış etmiş Harker, "Mən deyirəm ki, faiz dərəcələrini bir müddət olduğu yerdə saxlayaq, bunun necə nəticələndiyini görək, daha faiz dərəcələrini artırmağa ehtiyac yoxdur. Ancaq irəliyə baxaraq, bu faizləri endirməyə başlamağımız vacibdir. Bunu çox tez etməyə ehtiyac yoxdur. Biz bunu dərhal etməyəcəyik, bir az vaxt aparacaq", - deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Harkerin şərhləri, Fed-in keçən həftə bir gecəlik faiz dərəcəsini 5,25 faiz-5,50 faiz aralığında saxlamağa qərar verdikdən sonra ilk şərhdir.
Harker müsahibəsində tənəzzülün qarşısı alındığı, inflyasiyanın 2 faizə qayıtdığı və əmək bazarının ciddi şəkildə zədələnmədiyi iqtisadiyyatda "yumşaq eniş"in mümkün olduğunu bildirib. O əlavə edib ki, işsizliyin orta səviyyədə artacağını gözləyir, lakin şirkətlər işçi tapmaqda daha şanslı olurlar. Harker bildirib ki, faiz dərəcələrinin aşağı salınmasının bir səbəbi bahalı borc faizləri ilə mübarizə aparan müəssisələrə kömək etməkdir. / marja.az

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv