Faktorinq əməliyyatlarına marağın artmasına səbəb nədir?

Faktorinq əməliyyatlarına marağın artmasına səbəb nədir?Bu ilin iyulun sonuna Azərbaycan banklarının faktorinq əməliyyatları üzrə kredit qoyuluşları 70,6 milyon manat, qeyri-bank təşkilatlarının isə 0,6 milyon manat təşkil edib.
Ötən ilin sonunda banklar üzrə bu göstərici 40,2 milyon manat təşkil edib. Beləliklə, bankların faktorinq əməliyyatları üzrə kredit qoyuluşları ötən ilə nisbətən 30,4 milyon manat və ya 2,3 dəfə çoxdur.
Bəs Azərbaycanda faktorinq əməliyyatlarına marağın artmasına səbəb nədir?
Azərbaycan Banklar Assosiasiyasının "Kredit işi Ekspert Qrupu"nun eksperti Nicat Rəsulov bildirib ki, faktorinq maliyyələşməsinə banklar və faktorinq şirkətləri tərəfindən maraq daim yüksək olub:
"Bu məhsul ənənəvi kredit məhsuluna alternativ olmaqla yanaşı, daha çevikdir, girovsuzdur və riski aşağıdır. Banklar üçün faktorinq maliyyələşməsinin daha az riskli olmasının səbəbi odur ki, burada debitor mövcuddur və bu debitorun maliyyələşməsi ilə şirkətin biznes riskləri minimallaşdırılmış olur".
ABA-nın rəsmisi bu maliyyələşmənin daha az riskli olması və məhsula aşağıdakı üstünlükləri qazandırmağını bildirib:
- Banklar borcalandan daha az biznes və maliyyə məlumatları tələb etməklə, maliyyələşməyə sərf edilən əməliyyat xərclərini azaltmış olurlar. Nəticədə borcalana təklif edilən faiz və ya komissiya daha aşağı olur. Bu isə maliyyələşmənin daha az xərclə əldə edilməsinə imkan yaradır;
- Kredit riski daha aşağı maliyyələşmə olduğundan, banklar tərəfindən təminat tələbi olmur. Bu isə öz növbəsində kreditin rəsmiləşməsinə sərf edilən zamanı qısaltmış olur və faktorinq məhsulunu daha çevik maliyyə alətinə çevirir.
Ekspert bildirib ki, yuxarıda qeyd edilən üstünlüklər, kreditə əlçatanlığı az olan borcalanlara da bu maliyyələşmədən daha rahat istifadə etməyə imkan verir:
"Bu da, nəticə etibarı ilə bankların real sektorun kreditləşməsindəki roluna daha müsbət təsir göstərir. Eyni zamanda, faktorinq əməliyyatlarının daha geniş vüsət alması və inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, faktorinq məhsullarının və təchizat zəncirin artırılması "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda yer almış məsələlərdən biridir. ABA tərəfindən bu istiqamətdə bankların rəy və təklifləri ümumiləşdirilərək, aidiyyatı üzrə təqdim edilir və müzakirələrdə aktiv iştirak təmin olunur".
© Report

Banklar     Tarix: 01 sentyabr 2023

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya valyuta xeberleri birbank