Fərid Məmmədov "Forbes"da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi

Fərid Məmmədov Qlobal biznes dünyasının ən nüfuzlu tribunalarından olan "Forbes Middle East" jurnalı bu dəfə diqqətini Azərbaycanın sürətlə dəyişən iqtisadi mənzərəsinə yönəldib. Bir ekosisteminin baş icraçı direktoru, Kapital Bank-ın Müşahidə Şurasının sədri Fərid Məmmədov nüfuzlu nəşrdə dərc olunan məqaləsində Azərbaycanın qeyri-neft sektorunun yüksəlişi və ölkənin regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalə sadəcə bir iqtisadi təhlil deyil, eyni zamanda Azərbaycanın qlobal rəqəmsal arenadakı yeni yerinin manifesti xarakteri daşıyır.
Yazıda Fərid Məmmədov ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda maliyyə texnologiyalarının oynadığı həlledici rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq resurs əsaslı iqtisadiyyatdan, bilik və texnologiya əsaslı yeni bir eraya keçid edir. Bu transformasiyanın dəstəkçilərindən biri də insanların həyat tərzini kökündən dəyişən, bankçılıq və gündəlik xidmətləri vahid çətir altında birləşdirən Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemidir. Müəllif məqaləsində rəqəmsal həllərin sadəcə biznes proseslərini deyil, cəmiyyətin maliyyə vərdişlərini necə müsbətə doğru dəyişdiyini qlobal auditoriyanın diqqətinə çatdırır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqalənin ən yaddaqalan məqamlarından biri Fərid Məmmədovun gələcək vizyonu ilə bağlıdır: "Bizim hədəfimiz rəqəmsal xidmətlər təklif etməklə yanaşı, sərhədləri aşan və qlobal bazarlara inteqrasiya edə bilən dayanıqlı texnoloji infrastruktur qurmaqdır. Bu gün Azərbaycan regionda rəqəmsal inkişafın əsas liderlərindən biri kimi çıxış edir və innovasiya ixrac edən ölkəyə çevrilmək yolundadır". Qeyd edək ki, Forbes nəşrində yer alan bu fikirlər Azərbaycanın investisiya cəlbediciliyini və texnoloji potensialını beynəlxalq işgüzar dairələrə çatdırmaq baxımından strateji əhəmiyyət daşıyır.
Məqaləni oxumaq üçün link:
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem  Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. / marja.az

Banklar     Tarix: 29 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq biznes krediti bitcoin internetden pul qazanmaq