"FINCA Azerbaijan"nın rəhbərliyinə yeni təyinatlar olub
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının (BOKT) MMC-nin rəhbərliyinə yeni təyinatlar olub.
"FINCA Azerbaijan"ın Müşahidə Şurasına iki yeni üzv seçilib. Bunlar Fisnik Kepuska və Norber Benkerdir.
Qeyd edək ki, Fisnik Kepuska həm də, BOKT-nin audit komitəsinin sədri və FINCA Bank Qırğızıstanın Direktorlar Şurasının üzvüdür. Norber Benker isə inklüziv və davamlı təşkilatların qurulması istiqamətində İcraçı Direktor, Baş Direktor və Əməliyyatlar üzrə Baş Direktor kimi 16 ildən artıq təcrübəyə malikdir. O, yeni vəzifəsinə qədər sözügedən fəaliyyətləri həyata keçirən KfW beynəlxalq təşkilatının Yəməndə Mikromaliyyə Sektorunun Təşviqi üzrə qrup rəhbəri olub.
Qeyd edək ki, "Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatı nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş "Finca Microfinance Cooperatief U.A" şirkətinə məxsusdur. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri