"Fitch" Azərbaycanın bank sektorunun əməliyyat mühiti ilə bağlı qiymətləndirməsini yaxşılaşdırıb

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bankları üçün əməliyyat mühitinin qiymətləndirilməsinə yenidən baxaraq onu əvvəlki "bb-" səviyyəsindən "bb" səviyyəsinə yüksəldib. Proqnoz isə "stabil" olaraq saxlanılıb.
"Yenidən baxılma tənzimləyici nəzarətin gücləndirilməsini və risk əsaslı bank nəzarəti sisteminin tətbiqində əldə olunan sonrakı irəliləyişi əks etdirir. Bu, sektorun tsiklik təzyiqlərə davamlılığını gücləndirməlidir", – deyə "Fitch"in məlumatında qeyd olunur.
Agentliyin analitiklərinin sözlərinə görə, yeni qiymətləndirmədə Azərbaycanın dayanıqlı kredit profili və dövlət tərəfindən makroiqtisadi sabitliyin dəstəklənməsi də nəzərə alınıb.
"Bu, bank sektorunun əməliyyat mühitinin qiymətləndirilməsi ilə "BBB-/Stable" səviyyəsində olan Azərbaycanın suveren reytinqi arasındakı fərqi azaldır", – deyə hesabatda bildirilir.
" Fitch" ölkə iqtisadiyyatına xas dövri dalağalanmalara baxmayaraq, Azərbaycanın bank sektorunun maliyyə profili 2026–2027-ci illərdə dayanıqlı olaraq qalacaq.
Beləliklə, agentliyin fikrincə, əməliyyat mühitinin qiymətləndirilməsinin yüksəldilməsi bank sektorunun tənzimləyici bazasının və nəzarət mexanizmlərinin güclənməsini, habelə davamlı makroiqtisadi sabitliyi əks etdirir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bank sektorunda struktur likvidlik profisiti 2026-cı ilin ilk yarısının yekunlarına görə 6 milyard manata çatıb ki, bu da 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6.43%, iyul ayının ötən dövründə isə 6.39% olub", -deyə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Azərbaycan Mərkəzi Bankından qeyd edilib ki, struktur likvidlik profisitinin artması bank sektorunun kifayət qədər yüksək kredit potensialına malik olduğunu göstərir. / banker.az

Banklar     Tarix: 08 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq bitkoin emlak xeberleri