"Fitch Ratings" Expressbankın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Expressbankın uzunmüddətli emitent defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) "B+", proqnozunu isə "Sabit" (Stable Outlook) səviyyəsində təsdiqləyib. Eyni zamanda, Bankın dayanıqlılıq reytinqi (Viability Rating – VR) "b+" səviyyəsində saxlanılıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Fitch Ratings"in qiymətləndirməsinə əsasən, Expressbankın reytinqi Bankın müstəqil maliyyə dayanıqlılığını, sağlam kapital mövqeyini, yüksək aktiv keyfiyyətini və risklərin effektiv idarə olunması sahəsində formalaşdırdığı yanaşmanı əks etdirir. Agentlik, xüsusilə Bankın aktiv keyfiyyəti və kapitallaşma göstəricilərini reytinqin əsas üstünlükləri sırasında qiymətləndirib.
Hesabatda qeyd olunur ki, Fitch Azərbaycan bank sektorunun fəaliyyət mühitinə dair qiymətləndirməsini də "bb-" səviyyəsindən "bb" səviyyəsinə yüksəldib. Agentlik bu dəyişikliyi ölkədə bank nəzarətinin gücləndirilməsi, riskəsaslı nəzarət mexanizmlərinin daha geniş tətbiqi və makroiqtisadi sabitliyin qorunması ilə əlaqələndirir. "Fitch"in gözləntilərinə görə Azərbaycanın bank sektorunda maliyyə göstəriciləri 2026–2027-ci illərdə də ümumilikdə dayanıqlı qalacaq.
"Fitch Ratings" Expressbankın universal biznes modelinə malik olduğunu, əsas fəaliyyət istiqamətinin pərakəndə bankçılıq olduğunu və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin Bankın prioritet istiqamətləri kimi qaldığını vurğulayıb.
Hesabatda Bankın yüksək kapitallaşma səviyyəsi xüsusi qeyd olunub. Belə ki, Fitch Core Capital (FCC) göstəricisi 2025-ci ilin sonunda 20,6% təşkil edib və agentlik baza ssenarisinə əsasən bu göstəricinin yaxın illərdə də 19%-dən yuxarı qalacağını proqnozlaşdırır. Eyni zamanda, Bankın likvidlik mövqeyi adekvat qiymətləndirilib və likvid aktivlərin müştəri depozitlərinin təxminən 29%-ni əhatə etdiyi bildirilib.
Expressbankın beynəlxalq kredit reytinqinin "B+" səviyyəsində, "Sabit" proqnozla təsdiqlənməsi Bankın maliyyə dayanıqlılığının, etibarlı biznes modelinin və davamlı inkişaf strategiyasının beynəlxalq səviyyədə növbəti dəfə təsdiqi hesab olunur.
Expressbank gələcəkdə də korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin effektiv idarə olunması və müştərilərinə innovativ maliyyə həllərinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. / marja.az

Banklar     Tarix: 08 avqust 2026

Oxşar xəbərlər

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı

Azərbaycan Mərkəzi Bankının təqdim edilmiş statistik məlumatları əsasında sığorta şirkətlərinin 2026-cı ilin yanvar–sentyabr aylarında topladıqları sığorta haqları və həyata keçirdikləri ödənişlər üzrə iki ayrı sıralama hazırlanıb

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq bitkoin emlak xeberleri