Fitch Solutions: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artıracaq
"Fitch Group"a aid olan "Fitch Solutions" (FS) 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu dəyişməz saxlayıb.
"Fitch Solutions" 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9.25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin iyul proqnozu ilə eynidir.
"Fitch Solutions" həmçinin, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağını müəyyən edib.
Qeyd edək ki, hazırda AMB-nin uçot faiz dərəcəsi 9.0%, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10.0% təşkil edir. AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını noyabrın 1-də açıqlayacaq. / banker.az
500 000 AZN-dək nağd pul elə indi əlçatandır
Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi