Fond: Yüksək faizli qorunmayan əmanətlər birbaşa risk yaratmır
Yüksək faizli qorunmayan əmanətlər Əmanətlərin Sığortalanması Fondu üçün birbaşa risk yaratmır.
Bunu Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili vərisklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, dövlətin müəyyən etdiyi faiz həddindən yuxarı dərəcədə depozitlər təklif olunduqda, insanlarda belə bir təsəvvür formalaşır: "İngilis dilində buna "too big to fail" – yəni "batmaq üçün həddindən artıq böyükdür" ifadəsi işlədilir. 2008–2009-cu illərin maliyyə böhranı zamanı isə bunun əksini gördük və nəhəng bankların belə müflis olduğuna şahidlik etdik. Buna baxmayaraq, insanlarda "kapitalı var, bu bank batmaz" kimi düşüncə qalır və nəticədə daha yüksək faiz vəd edən əmanətlərə üstünlük verirlər".
L. Cəfərli bildirib ki, belə əmanətlər qorunmayan əmanətlər hesab olunduğundan, bankın ləğvi halında Fond üçün birbaşa risk yaratmır: "Çünki onların ödənilməsi növbəlilik prinsipi əsasında həyata keçirilir. Fond isə ilk növbədə qorunan əmanətlərin qaytarılmasını təmin etdiyindən, vəsaitlərini də məhz bu öhdəliklərə uyğun şəkildə idarə edir. Bu səbəbdən Fond vəsaitlərini daim kifayət qədər likvid səviyyədə saxlamağa çalışır. İnvestisiya siyasəti də məhz buna əsaslanır və konservativ yanaşma tətbiq edilir ki, hər hansı sığorta hadisəsi baş verdikdə aktivlər qısa müddətdə nağdlaşdırılaraq ödənişlər operativ şəkildə həyata keçirilə bilsin". / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Onlayn biznes növləri
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Startup nədir və necə olur?
SWIFT nədir?