Fransa kosmetika məhsullarının tərkib hissələrini - Azərbaycandan Ala Bilər

Fransa kosmetika məhsullarının tərkib hissələrini - Azərbaycandan Ala BilərFransa biznesmenləri istehsal etdikləri kosmetika məhsullarının tərkib hissələrini Azərbaycandan idxal etmək istəyirlər.
Azərbaycan Moskvadan kosmetika alınması üzrə ölkələrin - TOP-5-NƏ DAXİLDİR
FED.az xəbər verir ki, bunu  "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, "Şuşa İli"nə həsr edilmiş xüsusi müsabiqənin qalibi olan AQSİA icra etdiyi "Qarabağ incilərinin Avropa sədası" layihəsi çərçivəsində noyabrda Fransanın paytaxtı Parisdə "Qarabağ incilərinin Avropa sədası" adlı dəb sərgisi keçirib: "Bu sərgi Azərbaycanın qadın sahibkarlığının inkişafında, milli mədəniyyətin təbliğində mühüm rola malikdir. Sərgidə Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərlərini, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən 15 geyim nümayiş etdirilib. Hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Hər bir geyimə uyğun çarıq, kəmər, sırğa və s. aksesuarlar da nümayiş olunub".
"Sərgi çərçivəsində bir sıra, o cümlədən, Fransa biznesmenləri ilə müxtəlif görüşlər olub. Onların Azərbaycanın gözəllik sənayesinə marağı çoxdur. Biz bunu orada olarkən gördük. Fransa dünyada kosmetika məhsullarının istehsalı ilə məşhurdur. Müxtəlif krem və saç boyalarının xüsusilə ekstraktının Azərbaycanda olması onları maraqlandırır. Həmçinin, onlar nar, badam yağları ilə maraqlanırlar. Bəzən biz buna çox adi baxırıq, ancaq fransızlar keçi və eşşək südünə maraq ifadə ediblər. Keçi südünün tərkibini qurudaraq aparmaq istəyirlər. Hazırda danışıqlar aparılır, həmin əlaqəni qururuq", - deyə o qeyd edib.
S.Babayevanın sözlərinə görə, son vaxtlar Fransa Senatının Azərbaycanla bağlı verdiyi qərara görə ikitərəfli münasibətlərdə gərginlik var: "Bu gərginlik aradan qalxarsa, bu, bizim gələcək iqtisadi inkişafımıza, məhsullarımızın satışına müsbət təsir göstərəcək. Biz də bununla bağlı töhfəmizi verəcəyik".
Xatırladaq ki, bu ilin 10 ayında Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin dəyəri 235 milyon 738 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17, 8 % çoxdur. Hesabat dövründə Fransaya ixracın dəyəri 49 milyon 577 min ABŞ dolları (4,6 % çox), Fransadan idxalın dəyəri isə 186 milyon 181 min ABŞ dolları (21,8 % çox) olub. (Report)

Biznes     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes