Fuad Nəcəfli Naxçıvanda maliyyə idarəçiliyi ilə bağlı yeni hədəflərdən bəhs edib

Fuad Nəcəfli Naxçıvanda maliyyə idarəçiliyi ilə bağlı yeni hədəflərdən bəhs edibNaxçıvan Muxtar Respublikasında keçirilən maliyyə forumunda xüsusi məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən maliyyə islahatlarının və onların muxtar respublika üçün əhəmiyyətindən bəhs edib.
Fuad Nəcəfli vurğulayıb ki, maliyyə nəzarəti hər bir ölkənin iqtisadi nəzarət sisteminin əsas tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə dəyişən qlobal çağırışlara uyğun olaraq yenilənir, dayanıqlı maliyyə sistemi formalaşır. O bildirib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın qeyri-neft sektoru və ixracı sürətlə artır, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılır. Bu proseslər Azərbaycanın qlobal iqtisadi böhranlardan minimal itkilərlə çıxmasını təmin edib.
Naxçıvan Muxtar Respublikasında son iki ildə həyata keçirilən yeni idarəetmə metodları çərçivəsində maliyyə sahəsində ciddi irəliləyişlərə nail olunduğunu qeyd edən Fuad Nəcəfli, büdcə intizamının gücləndirilməsi, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində görülən işlərdən danışıb. Əgər iki il öncə yerli gəlirlər ümumi büdcənin cəmi 20-25 faizini təşkil edirdisə, bu ilin sonunda bu göstərici 50 faizdən artıq olacaq.
O, həmçinin dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması sahəsində aparılan sistemli işlərin dövlət vəsaitinin düzgün və səmərəli istifadəsini təmin etdiyini vurğulayıb.
Fuad Nəcəfli çıxışında forumun gələcək üçün yeni maliyyə hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını və muxtar respublikada dövlət-maliyyə siyasətinin daha effektiv həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib.
Bu forumun nəticələri, maliyyə idarəçiliyi sahəsində görülən işlərin dərinləşdirilməsi və yeni yanaşmaların tətbiqi üçün möhkəm zəmin yaradacaqdır.
Fuad Nəcəfli Naxçıvanda maliyyə idarəçiliyi ilə bağlı yeni hədəflərdən bəhs edib/ marja.az

Maliyyə     Tarix: 18 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri