Gələn ildən Azərbaycanda İslam bankçılığı məhsulları təqdim olunacaq

Gələn ildən Azərbaycanda İslam bankçılığı məhsulları təqdim olunacaqGələn ildən Azərbaycanın maliyyə bazarında İslam bankçılığı məhsulları təqdim olunacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
Onun sözlərinə görə, AMB beynəlxalq təcrübəni nəzərə alaraq mərhələli və praqmatik strategiya qəbul edib: "Bu strategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində "İslam pəncərəsi" modeli vasitəsilə təqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə, iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha geniş həcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq".
AMB rəsmisi qeyd edib ki, bu mərhələli strategiyanın icrası üçün qurum konkret yol xəritəsi müəyyənləşdirib:"Bu xəritəni 4 əsas istiqamətə bölmək olar: Birincisi – ilkin mərhələdə tətbiq olunacaq məhsulların müəyyən edilməsidir. Bunun üçün AMB banklar, sənaye assosiasiyaları və ekspertlərlə müzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarını qiymətləndirib, tətbiq oluna biləcək məhsulların siyahısını müəyyən edib. Bu mərhələ artıq tamamlanıb.
İndi isə həmin məhsulların tətbiqini təmin etmək üçün hüquqi və tənzimləyici baza hazırlanır. Bu, Mülki Məcəllə, Vergi Məcəlləsi, "Banklar haqqında qanun" və digər normativ aktlara dəyişiklikləri əhatə edir. Həmin dəyişikliklər bank sektoruna təqdim olunub, hazırda onlardan gələn rəy və təkliflər toplanır. AMB bu rəyləri yekunlaşdıraraq ilin sonunadək hökumətlərarası razılaşdırma mərhələsinə təqdim etməyi planlaşdırır. Yol xəritəsinin üçüncü əsas sütunu – potensialın və biliklərin artırılmasıdır. Bu, çox vacib və həlledici elementdir. Bu məqsədlə biz Türkiyə, Pakistan, Qırğızıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa başlamışıq. Xüsusilə, Pakistan Mərkəzi Bankı ilə birgə AMB-nin nəzarət və tənzimləyici əməkdaşları üçün təlim proqramı təşkil edilib. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyi planlaşdırırıq".
R.Tahirov əlavə edib ki, hüquqi və tənzimləyici baza üzrə minimal tələblər formalaşdıqdan sonra, banklar müəyyən İslam bankçılığı məhsullarını "İslam pəncərəsi" vasitəsilə təqdim etməyə başlaya biləcəklər: "AMB bu ilkin mərhələnin gedişatını izləyəcək, nəticələri qiymətləndirəcək, əldə olunan təcrübəyə əsasən növbəti mərhələlər, əlavə məhsullar və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edəcək. Biz bu prosesdə bütün yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyə hazırıq". / banker.az

Banklar     Tarix: 07 oktyabr 2025

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank