Gənclər arasında işsizlik artıb - Statistik göstəricilər
Türkiyə Statistika Qurumu (TÜİK) avqust ayına dair əmək bazarı statistikasını açıqlayıb.
Biznes.az xəbər verir ki, Türkiyədə avqust ayında işsizlik 8,5 faiz olaraq qeydə alınıb.
İyul ayında işsizlik nisbəti 8 faiz olmuşdu.
TÜİK-in məlumatlarına görə, 15 və yuxarı yaş qrupunda işsizlərin sayı avqust ayında əvvəlki aya nisbətən 168 min nəfər artaraq 3 milyon 44 min nəfərə çatıb. İşsizlik nisbəti kişilərdə 6,8 faiz, qadınlarda isə 11,6 faiz olaraq qiymətləndirilib.
İyul ayı üçün əvvəl açıqlanan 8 faizlik işsizlik göstəricisi isə 8,1 faiz olaraq yenilənib.
Məşğulluq nisbəti isə 0,3 bənd artaraq 49,4 faiz olub. Bu göstərici kişilərdə 66,6 faiz, qadınlarda isə 32,6 faiz təşkil edib.
Gənclər arasında işsizlik artıb
Əmək qüvvəsi avqust ayında əvvəlki aya görə 376 min nəfər artaraq 35 milyon 873 min nəfər olub, əmək qüvvəsinə qoşulma nisbəti isə 0,6 bənd artaraq 54 faiz səviyyəsində gerçəkləşib. Əmək qüvvəsinə qoşulma nisbəti kişilərdə 71,5 faiz, qadınlarda isə 36,9 faiz təşkil edib.
15–24 yaş arası gənc əhali qrupunda işsizlik əvvəlki aya nisbətən 0,8 bənd artaraq 16 faiz olub. Bu yaş qrupunda işsizlik göstəricisi kişilərdə 12,4 faiz, qadınlarda isə 22,7 faiz olaraq qiymətləndirilib.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı