"Gənclərin biznes emalatxanası" layihəsinin iştirakçılarına aktivlərin verilməsinə - BAŞLANILIB
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Gənclərin biznes emalatxanası" layihəsinin iştirakçılarına aktivlərin verilməsinə başlanılıb.
FED.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
2021-2023-cü illəri əhatə edən layihə hazırda Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahə və peşələri əhatə edir.
Layihə çərçivəsində bütün mərhələləri uğurla başa vuran Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və 2 nömrəli Ağdam Peşə məktəbinin məzunları seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin edilib. Aktivlərin verilməsi növbəti təqvim ilinin ilk aylarında da davam etdiriləcək.
Qeyd edək ki, "Gənclərin biznes emalatxanası" layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
1000 manatla hansı biznesi qurmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
İnvestisiyanın necə cəlb etmək olar?
Ən bahalı otellər hansılardır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız