"Günay Bank" kiçilib, gəlirləri azalıb
"Günay Bank" ASC-nin 2023-cü ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb və bankın rüblük faiz gəlirlərinin öncəki ildən aşağı olduğu məlum olub.
Banker.az xəbər verir ki, hesabat müddətində bankın faiz gəlirlərinin həcmi 5.56% azalmaqla 3.46 mln. manata düşüb. Bankın bu gəlirlərinin azalmasına səbəb müştərilərə verdiyi kreditlərdən faiz gəlirlərinin illik müqayisədə 19% azalmaqla 2.12 mln. manata enməsi olub.
Faiz gəlirləri azalarkən, bankın faiz xərcləri onun xərc yükünü artırıb. Faiz xərcləri illik 19% artımla 2.73 mln. manata qalxıb. Öncəki ildə 1.18 mln. manatlıq xalis faiz gəliri cari ilin eyni dövründə 543 min manata düşüb.
Qeyri-faiz gəlirləri 2.28 mln. manat olarkən, qeyri-faiz xərcləri 2.48 mln. manata yüksəlib.
Bankın bununla da 345 min manat əməliyyat mənfəəti yaranıb.
Beləliklə, ilk rübü 277 min manat xalis mənfəət edib, lakin 1 aprel 2023-cü il tarixinə 883.50 min manatlıq illərin yığılmış zərəri qalmaqdadır.
"Günay Bank" ASC-nin birinci rübdə aktivləri 2.5% azalaraq 274.27 mln. manata, öhdəliklərin həcmi isə 3.5% azalaraq 206.3 mln. manata düşüb.



Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
İqtisadi modellər niyə artıq işləmir?
Onlayn biznes ideyaları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
IBAN nədir?
Dünyanın ən varlı 10 adamı