Gürcüstan banklarında İranla bağlı əməliyyatlar xüsusi nəzarətə götürülüb
Gürcüstan Milli Bankı 12 dekabr ərəfəsində ölkənin bütün kommersiya banklarına İranla bağlı əməliyyatların yoxlanılmasını gücləndirmək tapşırıldığını bildirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"ABŞ-ın İrana qarşı tammiqyaslı sanksiyaları kontekstində İran İslam Respublikasına və/və ya İran mənşəli mallara birbaşa/dolayısı ilə aidiyyəti olan bank əməliyyatları ABŞ tərəfindən tətbiq edilən beynəlxalq sanksiyaların pozulması kimi qiymətləndirilə bilər", – mesajda deyilir.
Söhbət həm də İran ərazisindən yüklərin daşınması və/yaxud İranda qeydiyyatda olan nəqliyyat vasitələri ilə bağlı əməliyyatlardan gedir.
Hazırda tələbləri təfərrüatlı şəkildə müəyyən edən reqlament hazırlanıb ki, onlara riayət olunması beynəlxalq sanksiyaların tələblərinin pozulması risklərini əhəmiyyətli dərəcədə azaldacaq.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən varlı 10 müğənnisi