Hesablar saniyələr ərzində dondurula bilər - Yeni səlahiyyət

Hesablar saniyələr ərzində dondurula bilər - Yeni səlahiyyətTürkiyədə bank fırıldaqlarına və kibercinayətlərə sürətli cavab vermək üçün MASAK saniyələr ərzində şübhəli hesabları izləyə və dondura biləcək.

Biznes.az xəbər verir ki, Maliyyə Cinayətlərinin Araşdırma Şurasına (MASAK),bank hesablarına dərhal nəzarət etmək və lazım gəldikdə onları dondurmaq səlahiyyətinin verilməsi planlaşdırılır. Bu yeni səlahiyyət xüsusi olaraq bank fırıldaqlarına və kibercinayətlərə operativ reaksiya vermək məqsədi daşıyır.

Qanun layihəsi şübhəli hesab fəaliyyətini dərhal izləmək və lazım gəldikdə hesabları dərhal dondurmaq məqsədi daşıyır. Beləliklə kibercinayətlərlə mübarizə üçün daha effektiv mühitin təmin olunacağı düşünülür.

Təklifin yeni qanunvericilik iclasında parlamentin gündəliyinə çıxarılacağı və 11-ci Məhkəmə Paketinə daxil ediləcəyi gözlənilir. Türkiyənin də üzvü olduğu Maliyyə Fəaliyyət İşçi Qrupunun (FATF) çirkli pulların yuyulması ilə mübarizə meyarları MASAK qanunvericiliyinə daxil ediləcək.

MASAK-a (Maliyyə Cinayətlərinin İstintaq Şurası) verilən yeni səlahiyyətlər sayəsində bank hesablarında qeyri-adi fəaliyyət ciddi şəkildə izləniləcək. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması haqqında" Qanunda şübhəli əməliyyatlar haqqında məlumatla bağlı maddələrə dəyişiklik ediləcək. Bundan əlavə, real vaxt rejimində monitorinqi asanlaşdırmaq üçün hesabat, məlumat və sənəd təqdimetmə prosesləri yenilənəcək.

Yeni texnologiyaların dəstəyi ilə MASAK bank hesabları vasitəsilə edilən şübhəli əməliyyatlara saniyələr ərzində müdaxilə edə biləcək. Bu, maliyyə polisinin banklar və maliyyə institutları vasitəsilə aparılan əməliyyatlara nəzarətini genişləndirəcək.

Xəbərlər     Tarix: 25 sentyabr 2025

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto