Həyat sığortası seçərkən nələrə diqqət edilməlidir?

Həyat sığortası seçərkən nələrə diqqət edilməlidir?(®) İcbari həyat sığortası ilə nəzarətiniz olmadan baş verə biləcək bir çox iş qəzalarından qoruna bilər, şirkət büdcənizin əlavə xərclərlə zədələnməsinin qarşısını ala bilərsiniz. İcbari həyat sığortasının əhəmiyyəti də elə bu neqativ hallarda ortaya çıxır. Bu sığorta növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi hallarını və ya ölümü ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi qaydalarını tənzimləyir. 
Fərqli sığorta şirkətləri tərəfindən təklif olunan həyat sığortaları eyni adla adlandırılsa da, detallarda ciddi fərqlər ola bilər. Bəs həyat sığortası şirkətini seçərkən nələrə diqqət etməliyik? Gəlin, bu məsələyə daha yaxından nəzər salaq: 
- Həyat sığortası şirkəti ilə əməkdaşlıq əsasən etibara əsaslanır. Bu səbəbdən, hüquqi aspekti ilə yanaşı, xidmət təminatçısının etibarlı, hərtərəfli xidmət təminatçısı və bu sahədə peşəkar olması mütləqdir. Həyat sığortası alarkən və ya seçərkən, bu xidmətə nələrin daxil olub, olmadığı nəzərə alınmalıdır. 
- Təcili və lazımi anlarda sürətli dəstək almaq üçün təcrübəli və peşəkar sığorta şirkətini seçmək çox vacibdir. Müştəri münasibətlərinin uğurlu idarə olunması şirkətlərin öz müştərilərini yaxşı tanıması, onların ehtiyac və tələblərinə uyğun məhsul və xidmətlər inkişaf etdirməsi deməkdir. Bunun üçün də şirkətin əlçatan olması son dərəcə zəruridir.
- Sığorta şirkətləri maliyyə bazarlarında çox mühüm funksiyaya və daim inkişaf edən dinamik struktura malikdir. Sığorta sektorunun bazarlarda payı qlobal və regional inkişafa mütənasib olaraq artır. Hər il ölkəmizdə fəaliyyət göstərən həyat sığorta şirkətləri beynəlxalq və yerli standartlara uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayırlar. Həyat sığortası seçərkən şirkətin maliyyə vəziyyətinə də önəm verilməsi vacibdir.  
- Loyallıq və bağlılıq yaratmaq üçün müştəri məmnuniyyəti və müştəriyönümlü yanaşma önəmli aspektlərdəndir. Sığorta sektorunda müştəriyönümlü idarəetmə yanaşması belə ifadə olunur: müştərinin tələblərini, gözləntilərini və ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq, qısa müddətdə və peşəkar şəkildə necə cavab veriləcəyi barədə məlumat əldə etmək və müştəri məmnuniyyətini təmin etmək, müştəri loyallığını qorumaq və əlçatan olmaq. İndiki dövrdə sığorta sektoru inkişafa, rəqabətə ən açıq sektorlardan biridir və sektordakı müxtəlif şirkətlər eyni məqsəd üçün fəaliyyət göstərirlər. 
Ölkəmizdə hər bir sahibkar, işəgötürənin əməkdaşlarının həyatını "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta" üzrə təmin etməsi mütləqdir. Onun icbari qaydada tətbiq olunması isə ictimai zərurətdən irəli gəlib, burada həm işəgötürənin, həm də işçilərin mənafeləri ön planda tutulur. Bu sığorta növündən yayınma işçilərin həyatlarını təhlükəyə atmaqla yanaşı, həm də işəgötürənlərin 5000 AZN-dək cərimələnməsinə zərurət yaradır. 
"İcbari Həyat Sığortası" haqqında ətraflı məlumat əldə etmək üçün  (012) 942 çağrı mərkəzinə və ya veb-saytına müraciət edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 02 oktyabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne 1000 manatla biznes kripto birbank